IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:5
  • Azərbaycanın istiqlal mübarizəsi tarixində Mirzə Bala Məmmədzadənin ideoloji düşüncələri...

Azərbaycanın istiqlal mübarizəsi tarixində Mirzə Bala Məmmədzadənin ideoloji düşüncələri

Authors : Saida Mehraliyeva
Pages : 2933-2940
Doi:10.46868/atdd.2024.800
View : 136 | Download : 177
Publication Date : 2024-11-29
Article Type : Research Paper
Abstract :Azərbaycanda millətin və dövlətçiliyin formalaşmasında bir sıra mütəfəkkirlər, maarifçilər, aydınlar və onların əsas ideyaları mühüm rol oynamışdır. Bu qabaqcıl ideyalar millətin kimliyinin, hüquq və azadlıqlarının dərk edilməsində əsas rol oynamış, onu azadlıq, istiqlal uğrunda mübarizəyə ruhlandırmış və öz müstəqil dövlətinin yaradılmasında hərəkətverici qüvvəyə çevrilmişdir. Azərbaycan xalqının¸ gənclərinin istiqlal mübarizəsində mühüm rol oynamış şəxsiyyətlərdən biri, yüzlərlə məqalələrin müəllifi, öz əsərlərində xalqını daim müstəqilliyə səsləyən, onun mübarizə əzmini sınmağa qoymayan, azadlıq aşiqi Mirzə Bala Məmmədzadə olmuşdur. Məqalədə Mirzə Bala Məmmədzadənin Azərbaycan milli hərəkatında iştirakı, xalqın, millətin azadlığı, hüquqları, təhsili, istiqlal mübarizəsi ilə bağlı əsas ideya və düşüncələri öz əksini tapmış, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlətin inkişafı və millətin formalaşması istiqamətində düşüncələri təhlil edilmişdir. Məqalədə Mirzə Bala Məmmədzadənin müstəqillik ərəfəsində Azərbaycan xalqının soyqırıma məruz qalması, türk qoşunlarının köməyi ilə Bakının azad edilməsi, sovet Rusiyasının Azərbaycanın müstəqilliyini həzm edə bilməməsi və işğal planları qurması və digər məsələlər ətrafında yazıları, əsərləri, fikir və düşüncələri əks olunmuşdur.
Keywords : Mirzə Bala Məmmədzadə, istiqlal, milli hərəkat, mübarizə, Azərbaycan Xalq Cümhuriyyəti, işğal

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026