Journal article

Azərbaycan Türkcəsi Deyimlərinin Farsca Nəzmə Çəkilməsi: Nizami Gəncəvi Örnəyində

Abstract

Büyük Türk şairi Nizami Gəncəvinin yaradıcılığı bir çox aspektlərdən araşdırılmış, onun yazıdğı poemalar əsasında yüksək şairlik istedadı həmişə ədəbiyyatşünasların diqqət mərkəzində olmuşdur. Məlum olduğu kimi fars dilində yazıb yaradan şairlərin əsərlərində bir çox xüsusiyyətlər vardır ki, onlardan biri də əsərdə xalq deyimləri, atalar sözlərindən istifadə olunmasıdır. Nizami və digər şairlərin əsərlərində zərbül-məsəllərdən istifadə olunması ilə bağlı ayrı-ayrı məqaələr yazılmışdır. Nizami Gəncəvi farsca yazdığı poemalarında Azərbaycan dilində işlənən atalar sözləri, deyimləri çox böyük ustalıqla nəzmə çəkmişdir. Biz araşdırmamızı iki istiqamətdə aparmışıq. Belə ki, həm Azərbaycan dili ilə üst-üstə düşən deyimləri oxucuların diqqətinə çatdırırıq, həm də tarixin yaddaşına hopmuş misalları araşdırmışıq.

Keywords

Nizami Gəncəvideyimzərbül-məsəltərcümə

62 views · 115 downloads