Journal article
Azərbaycanda “Torpaqqala” Adlı Abidələrin Arxeoloji - Nəzəri Öyrənilməsi Tarixinə Baxış
Abstract
Azərbaycanın Şimal-Qərb və qərb bölgəsinin“Torpaqqala” şəhər tipli yaşayış məntəqələri o cümlədən, Qafqaz Albaniyasının antik dövr tarixi ərazilərindən biri olan Cənubi Dağıstanın “Torpaqqala” arxeoloji abidəsində şəhər mədəniyyətinin öyrənilməsi Azərbaycan arxeologiyasında öz aktuallığını saxlayır. Məqalədə “Torpaqqala” arxeoloji abidələrində antik, ilk və orta əsrlər dövrü üçün səciyyəvi olan yaşayış yerləri, müdafiə tikililləri, təssərrüfat əhəmiyyətli tikili qalıqları, qəbir abidələri və onlardan aşkar olunmuş arxeoloji materiallar təhlil edilib onların Azərbaycanın ilk orta əsrlər dövrü şəhər mədəniyyəti sistemində yeri müəyyən edilmişdir. Məqalənin mənbə bazasını yerli və əcnəbi arxeoloqların elmi araşdırmaları və son dövrdə aparılan arxeoloji qazıntı işlərinin materialları təşkil edir. Arxeoloji tədqiqat işinin əsas obyekti olan Torpaqqala arxeolji abilərinin öyrənilməsində regionun antik və ilk orta əsrə aid müxtəlif şəhər yerlərinin müqayisəli təhlili, mədəni təbəqələrin stratiqrafik xüsusiyyətlərinin təsnifatı aparılmışdır. Bu məqsədə nail olmaq üçün ümumi təhlil metodundan istifadə olunub.
Keywords
100 views · 173 downloads
