Journal article

1831-ci İl Kameral Təsvirinə Görə Naxçıvan Əyalətinin Dərələyəz Mahalının Sərhədləri, Ərazisi və Demoqrafik Vəziyyəti

Abstract

Məqalədə 1831-ci il kameral təsvirinə görə Naxçıvan əyalətinin Dərələyəz mahalının sərhədləri, ərazisi və demoqrafik vəziyyəti müqayisəli, statistik və digər metodlardan istifadə olunmaqla araşdırılmışdır. 1831-ci ilin kameral təsvirinə görə Rusiya işğalı ərəfəsində Dərələyəz mahalında müsəlmanlar əhalinin 94,5%-ni, xristianlar (ermənilər) isə 5,5%-ni təşkil etmişdir. Lakin Rusiya işğalından sonra ermənilərin Osmanlı və Qacarlar dövlətindən köçürülərək mahala yerləşdirilməsinin nəticəsi olaraq onların sayı süni surətdə artırılaraq 36,4%-ə çatdırılmış, müsəlman ailələrinin sayı isə azalaraq 63,6%-nə enmişdir. Buna baxmayaraq ermənilərin mahala köçürülməsindən sonra belə mahalda müsəlmanlar şəksiz üstünlüyə malik olmuşlar.

Keywords

Dərələyəz mahalıNaxçıvan əyalətikameral təsvirdemoqrafik vəziyyətköçürmələr

94 views · 124 downloads