- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 11 Sayı: 6
- Azərbaycanda Rus Dilinin Yayılmasına Tarixi Kontekstdə Baxış
Azərbaycanda Rus Dilinin Yayılmasına Tarixi Kontekstdə Baxış
Authors : İkram Ağasiyev
Pages : 3830-3840
View : 195 | Download : 203
Publication Date : 2025-02-07
Article Type : Research Paper
Abstract :Məqalə Azərbaycanda rus dilinin yayılması problemlərini tarixi kontekstdə araşdıran ilk məqalədir. Tədqiqatçı Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə baş verən dəyişikliklərin dil vəziyyətinə, ilk növbədə Azərbaycanda rus dilinin statusuna necə təsir etdiyini göstərir. Müəllif qeyd edir ki, Rusiyanın Azərbaycana qarşı siyasətinin xarakterindən asılı olaraq azərbaycanlı əhali arasında rus mədəniyyətinin və rus dilinin əhəmiyyəti haqqında müvafiq ictimai rəy formalaşmışdır. Müəllif qeyd edir ki, rus dilinin Azərbaycanda populyarlaşması Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra başlamışdır.Ruslaşdırma siyasəti həm rus əhalisinin Azərbaycana köçürülməsi, həm də rus dilinin praktiki tətbiqinin genişləndirilməsi ilə həyata keçirilirdi.Çar Rusiyasının başlatdığı bu siyasət sonralar SSRİ tərəfindən də davam etdirilmişdir. Müəllifin fikrincə, azərbaycanlıların rus dilindən istifadəsini rusofilçilik saymaq yanlışdır və bu hal iqtisadi-siyasi amillərdən yaranan zərurətdir.Keywords : Azərbaycan, rus dili, molokanlar, Türkmənçay, siyahıyaalma, rus məktəbi, tədris
ORIGINAL ARTICLE URL
