- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 11 Sayı: 6
- XX əsr bolqar poeziyasında ortaq Vətən anlayışı və milli-mənəvi dəyərlərin inikası
XX əsr bolqar poeziyasında ortaq Vətən anlayışı və milli-mənəvi dəyərlərin inikası
Authors : Xanım Sultanova
Pages : 3927-3932
View : 70 | Download : 42
Publication Date : 2025-02-07
Article Type : Review Paper
Abstract :Məqalədə millətlərarası ədəbi əlaqələrin Azərbaycan ədəbiyyatşünaslığında aktuallığı nəzərə çatdırılmaqla bu prosesin başlanğıc dövrünün mərhələlərlə inkişafından bəhs edilir. Balkan ölkəllərinin hər bir bölgəsində olduğu kimi Bolqariyada da ortaq Vətən anlayışına toxunulmuş, müxtəlif dövrlərdə yazıb yaraatmış iki xanım şairin poetik dünyasına ekskurs olunmuşdur. Bunlardan bolqar yazarı Elisaveta Baqryananın şeirlərinin müəllif tərəfindən sətri tərcümədə deyil ilk dəfə olaraq peşəkar tərcüməçinin işində azərbaycan dilində təqdim olunması ədəbi əlaqələrdə yeni bir dəsti- xətt kimi dəyərləndirilir. Müəllif bolqar şairi Elisaveta Baqryananın və bolqar türkü Arzu Tahirovanın əsərlərinə müqayisəli- tipoloji yanaşma etmiş, hər iki şairin düşüncələrində səciyyəvi xüsusiyyətləri müəyyənləşdirməyə müvəffəq olmuşdur.Ən başlıcası şairlərin yaradıcılığında ortaq Vətən sayılan Bolqariyanın keşməkeşli tarixi məqamlarının qadın dünyasında eyni hisslər oyatdığının və bu Vətənin onlar üçün müqəddəs varlıq olduğunun sübutu kimi təsdiqini tapmışdır. Fərqli mədəniyyətlərə ,fərqli milli dəyərlərə malik olan şairlərin poetik axtarışlarında qadın azadlığını soraqlayan ortaq keyfiyyətlər də aşkarlanmış və tədqiqata cəlb olunmuşdur.Keywords : Millətlərarası ədəbi əlaqələr, ortaq Vətən anlayışı, ruh azadlığı, azadlıq axtarışı, fərqli mədəniyyətlər
ORIGINAL ARTICLE URL
