- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 11 Sayı: 6
- Qərbi Azərbaycan Tarixinə Dair Sənəd Axınının Təşəkkülü və İnkişafı
Qərbi Azərbaycan Tarixinə Dair Sənəd Axınının Təşəkkülü və İnkişafı
Authors : Nadir İsmayılov, Daşqin Məhəmmədli
Pages : 4483-4496
View : 124 | Download : 104
Publication Date : 2025-02-07
Article Type : Research Paper
Abstract :Qərbi Azərbaycan mövzusu Azərbaycan tarixi və etnik-mədəni irsinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə aparılan tədqiqatlar tarixi faktların obyektiv şəkildə araşdırılmasını təmin edən müxtəlif mənbələrə əsaslanır. Qərbi Azərbaycana dair sənəd axınının təşəkkülü və inkişafından bəhs edən bu məqalədə müxtəlif dövrlərdə Qərbi Azərbaycana dair dəyərli mənbələrdən bəhs olunmaqdadır. Bu mənbələr içərisində ilkin mənbələr Qərbi Azərbaycanın tarixi reallıqlarını və ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini sübut edən əsas istinad nöqtələridir. Azərbaycan Respublikası 1991-cı ildə müstəqillik əldə etdikdən sonra Qərbi Azərbaycana dair sənəd axını daha da artmağa və tədqiqatçıların aktual mövzusu olaraq geniş şəkildə tədqiq olunmağa başlanmışdır. Qərbi Azərbaycana dair ilkin mənbələrlə yanaşı, ikinci dərəcəli mənbələrdə yaradılmışdır ki, bu da sahəyə dair sənəd axınından istifadəni daha da asanlaşdırmaq məqsədi daşımışdır. Qərbi Azərbaycana dair digər bir mühüm sənəd isə məhz “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”-dır. Bu konsepsiya tarixi ədalətin bərpası, məcburi köçkünlərin hüquqlarının təmin edilməsi və onların öz doğma torpaqlarına qayıtmaq hüququnun müdafiəsini ehtiva edir. Qayıdış Konsepsiyası yalnız hüquqi yanaşmaları deyil, həm də mədəni və tarixi irsin qorunması üçün kompleks bir strategiyanı əhatə edir. Beləliklə, məqalədə Qərbi Azərbaycana dair sənəd axını hərtərəfli və dərindən araşdırılaraq qələmə alınmışdır.Keywords : Qərbi Azərbaycan, sənəd axını, ilkin mənbələr, ikinci dərəcəli informasiya resursları, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası
ORIGINAL ARTICLE URL
