- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 11 Sayı: 6
- Azərbaycanda İnformasiya və Sənəd Menecmenti İstiqaməti Üzrə Elmi Tədqiqatların Müasir Meyilləri (Be...
Azərbaycanda İnformasiya və Sənəd Menecmenti İstiqaməti Üzrə Elmi Tədqiqatların Müasir Meyilləri (Beynəlxalq Elmmetrik Bazalar Əsasında)
Authors : Solmaz Sadıqova, İradə Bayramova
Pages : 4643-4655
View : 54 | Download : 61
Publication Date : 2025-02-07
Article Type : Research Paper
Abstract :Bildiyimiz kimi müasir dövrdə müxtəlif elm sahələrinə dair fundamental məzmuna malik əsərlərin yazılaraq dünya arenasına çıxmasında mühüm rolu dünya ölkələrində tanınan və beynəlxalq bazalara daxil olan beynəlxalq səviyyəli indeksləşdirilmiş jurnallar təşkil edir. İnformasiya və sənəd menecmenti sahəsinə dair məqalələrin ərsəyə gətirilirək bu kimi jurnallarda dərc edilməsi ixtisasın dünya səviyyəsində tanıdılmasında və xarici tədqiqatçılar tərəfindən araşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Kitabxana-biblioqrafiya sahəsində sənəd axınının bibliometrik təhlili, onların sistemli şəkildə müqayisə edilməsi, gələcəkdə bu sahə üzrə mövcud olan problemlərin ortaya qoyulması və onların optimal həll yollarının göstərilməsi tədqiqatçı alim, dosent Nadir İsmayılov tərəfindən araşdırılmaqdadır. Məqalədə tədqiq olunan kitabxana və biblioqrafiya sahəsində beynəlxalq səviyyəli elmi əsərlərin öyrənilməsi aşağıdakı sahələrdə elmi tədqiqatın obyektinə çevrilir:bu sahəyə aid aktual tematik problemlərin siyahısının tərtib edilməsi; kitabxanaşünaslığın inkişafı ilə birbaşa əlaqəli olan müəlliflərin və kollektiv müəlliflərin müəyyənləşdirilməsi; kitabxanaşünaslıq elmi istiqamətində sənəd axının inkişaf sürətinin qiymətləndirilməsi; sənəd menecmenti üzrə müəyyən bir problemin inkişafı ilə məşğul olan ayrı-ayrı alimlərin, elmi təşkilatların və müəssisələrin fərdi elmi fəaliyyətinin inkişaf səviyyəsinin müəyyənləşdirilməsi; konkret mütəxəssislərin, tədqiqat qruplarının və təşkilatların elmi problemin həllində rolunun qiymətləndirilməsi; tədqiq olunan sahənin inkişaf tendensiyalarının proqnozlaşdırılması söylenebilir. Elə bu konteksdə də məqalənin yazılması əsas meyar olaraq götürülmüş və özünün aktuallığı ilə xüsusi əhəmiyyət kəsb edir.Keywords : Kitabxana, biblioqrafiya, sənəd axını, sənəd menecmenti, informasiya tələbatı, beynəlxalq indeksləşdirmə
ORIGINAL ARTICLE URL
