Journal article

Qafqazın müsəlman əhalisinin Osmanlı dövlətinə köçü çarizmin xristianlaşdırma siyasətinə qarşı etiraz forması kimi

Abstract

XIX əsr Qafqaz xalqlarının tarixində xüsusi yer tutan bir dövrdür. Çar Rusiyası, Qacar İranı və Osmanlı imperiyası arasındakı ziddiyyətlərin və maraqların toqquşduğu bölgəyə çevrilən Qafqaz XIX əsrdə uzunsürən hərbi əməliyyatlar meydanına çevrilir. Həmin vaxtı çar Rusiyası bölgənin hərbi işğalı ilə paralel şəkildə ideoloji sahədə də bu bölgəyə nüfuz etməyə başlayır. Çarizm tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirlərdən zorakı xristianlaşdırma siyasəti xüsusi olaraq qeyd olunmalıdır. Təqdim olunan məqalədə arxiv sənədləri və digər ilkin qaynaqların verdiyi məlumatlar əsasında Qafqazın müsəlman əhalisinin Osmanlı dövlətinə köçü problemi çarizmin zorakı yollarla apardığı xristianlaşdırma siyasətinə qarşı etiraz forması kimi tədqiq olunur.

Keywords

Şimali AzərbaycanQafqaz MüsəlmanlarıOsmanlı İmperiyasıKöçXristianlaşdırmaÇarizm

67 views · 52 downloads