Journal article
Kiçikyaşlı məktəblilərdə Azərbaycanın flora və faunasına məhəbbət hisslərinin formalaşdırılması
Abstract
Ölkəmizdə yetişən nəsli təbiətin flora və faunasına qayğıkeş münasibət bəsləməyi təlqin edən bir sıra tədbirlər həyata keçirilir. Bu sahədə məqsədyönlü, planlı və mütəşəkkil işləri, o cümlədən ekologiya sahəsində aparılan islahatları qeyd etmək mümkündür. Azərbaycanda təbii mühitin qorunması dövlətin ən vacib siyasi, iqtisadi və sosial vəzifələrinə aid edilir. Bununla yanaşı, respublikamızda ekoloji problemlərin həlli sahəsində beynəlxalq təşkilatların da fəaliyyəti xeyli genişlənmişdir. Azərbaycan Respublikasının həm Avropa, həm də Asiya ölkələrindəki ekologiya təşkilatları ilə müntəzəm əlaqələri mövcuddur. Həmin əlaqələr müxtəlif tədbirlər yolu ilə məqsədyönlü, planlı və mütəşəkkil olaraq həyata keçirilir.
Keywords
76 views · 33 downloads
