IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:1 Special Issue
  • Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Üçün Etibarlı Tərəfdaşdır

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı Üçün Etibarlı Tərəfdaşdır

Authors : Aytəkin Zeynalova
Pages : 1-13
View : 88 | Download : 92
Publication Date : 2024-12-16
Article Type : Research Paper
Abstract :Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Şanxay Əməkdaşlıq Təşkilatı da öz fəaliyyətində demokratik prinsiplərə, dövlətlər arasında qarşılıqlı etimada və qonşuluq münasibətlərinə, siyasət, ticarət, iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm, sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün səylərin birləşdirilməsinə əsaslanan bir orqan kimi üzv dövlətlərin əlaqələndirilməsində, vacib problemlərin müzakirə edilib aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq, onun fəaliyyətində yaxından iştirak edir. Bu qurumla ölkəmiz arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: “Terrorizm, ekstremizm və separatçılıq ilə mübarizəyə, regional təhlükəsizlik və sabitliyin qorunmasına böyük önəm verən dövlətimiz hər sahədə təşkilatla əlaqələrini ildən-ilə möhkəmləndirmək əzmindədir”. 16 ölkənin dövlət və hökumət başçılarının qatıldığı Zirvə görüşünün “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr edilməsi bu günümüz üçün vacib və böyük əhəmiyyətə malik məsələdir. Məqalədə Cənab İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşləri, əlbəttə ki, ölkəmizin gələcək inkişafı və təhlükəsizliyi mövzusu, Prezidentin çıxışları, Azərbaycanın yeni dövr hədəfləri və xarici siyasətinin prioritetləri təhlil olunur. Həmçinin, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında iştirakının hər tərəfli analizi və bu təşkilatın miqyası və qlobal əhəmiyyəti işıqalndırılır. Məqalədə Prezidentin internet saytından, siyasi ekspertlərin telekanallara və xəbər saytlarına verdiyi müsahibələrdən, Azərbaycanın internet resurslarından istifadə olunub.
Keywords : ŞƏT, ŞƏT plyus, iki tərəfli əlaqələr, Zirvə görüşü, Azərbaycan-Qazaxıstan

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026