IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:11 Issue:1 Special Issue
  • COP29 və Türk Dünyası: Regional Birlik və Əməkdaşlıq Prosesinin Mediada Əksi

COP29 və Türk Dünyası: Regional Birlik və Əməkdaşlıq Prosesinin Mediada Əksi

Authors : Pervane İbrahimova
Pages : 35-46
Doi:10.46868/atdd.2024.847
View : 113 | Download : 74
Publication Date : 2024-12-16
Article Type : Review Paper
Abstract :Azərbaycanın COP29-a ev sahibliyi ölkənin qlobal iqlim siyasətindəki mövqeyini gücləndirməklə yanaşı, dayanıqlı inkişaf sahəsində strateji hədəflərini ön plana çıxarmışdır. Bu tədbir Azərbaycanın beynəlxalq diplomatiyada rolunu artıraraq bərpa olunan enerji sahəsindəki təşəbbüsləri və qlobal iqlim dəyişikliyi ilə mübarizədəki səylərini nümayiş etdirmişdir. Bu konteksdə Şuşada 2024-cü ilin iyul ayında keçirilmiş Türk Dövlətləri Təşkilatının Zirvə görüşü Türk dünyasında həmrəyliyi möhkəmləndirmiş və iqlim dəyişikliyi, yaşıl enerji, dayanıqlı inkişaf sahələrində əməkdaşlığın artırılması üçün yeni imkanlar yaratmışdır. Bişkekdəki 11-ci Zirvə görüşündə bu xüsusda müzakirələr davam etdirilmiş, konkret fəaliyyət planları qəbul edilmişdir. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşündə yaşıl enerji üzrə strateji əməkdaşlığa dair Saziş imzalanaraq regional enerji siyasətində yeni mərhələ başlanmışdır. Türk dünyasının iqlim siyasətindəki mövqeyi, bu əməkdaşlığın regional inkişaf və geosiyasi dinamikalara təsirləri media materialları əsasında tədqiq edilmişdir. Azərbaycanın bu təşəbbüslərdəki liderliyi, həm regional əməkdaşlığa, həm də qlobal iqlim siyasətinə mühüm töhfə vermişdir.
Keywords : COP29, Türk dünyası, Azərbaycan

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026