- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 1
- Ədəbiyyatşünaslıq Üzrə Rəqəmsal Məlumat Bazalarının Yaradılması İnformasiya Tələbatının Ödənilməsi P...
Ədəbiyyatşünaslıq Üzrə Rəqəmsal Məlumat Bazalarının Yaradılması İnformasiya Tələbatının Ödənilməsi Probleminin İnnovativ Həlli Kimi
Authors : Cəmilə Azizova
Pages : 709-719
Doi:10.5281/zenodo.15627714
View : 107 | Download : 147
Publication Date : 2025-04-08
Article Type : Research Paper
Abstract :Tədqiqat işinin əsas obyekti Azərbaycanda ədəbiyyatşünaslıq üzrə rəqəmsal məlumat bazaları təşkil edir. Tədqiqatın predmeti isə Azərbaycan kitabxanalarında bu istiqamətdə hazırlanan rəqəmsal məlumat bazalarının nəzəri və təcrübi məsələlərinin öyrənilməsindən ibarətdir. Qarşıya qoyulmuş əsas məqsəd dövlət mədəniyyət siyasəti çərçivəsində ədəbiyyatşünaslığa dair informasiya tələbatçılarının sorğularının operativ və əhatəli ödənilməsi məqsədilə rəqəmsal məlumat bazalarının əhəmiyyətini göstərmək, respublikanın iri mədəniyyət müəssisələri olan kitabxanaların, xüsusilə Azərbaycan Milli Kitabxanasının bu sahədə fəaliyyətinin geniş təhlilini verməkdir. Ümumiyyətlə, informasiya cəmiyyəti şəraitində əhalinin elmi-intellektual və milli-mənəvi potensialının inkişafına xidmət göstərən ədəbiyyatşünaslığın inkişafına ciddi təsir edən rəqəmsal məlumat bazalarını öyrənən tədqiqat mövzusu mühüm aktuallıq kəsb edir. Burada ədəbiyyatşünaslığa dair informasiya texnologiyaları əsasında müasir kitabxana-informasiya fəaliyyətinin elmi-nəzəri əsasları araşdırma mövzusu kimi hərtərəfli təhlilə cəlb olunur. Araşdırmanın nəzəri əsasları qloballaşma dövrünün metodoloji ənənələrinə söykənir. Onun metodoloji bazasını ədəbiyyatşünasların, kitabxanaşünasların, kulturoloqların və elmin digər sahələrində çalışan alimlərin tədqiqatlarından nümunələr verməklə, onların fikir və yanaşmalarına müəllifin şəxsi münasibəti təşkil edir. Azərbaycan və digər ölkələrin alimlərinin mövzu ilə əlaqədar tədqiqatları işin metodologiyası və metodikasında mühüm yer tutur. Tədqi¬qat işində müqayisə, məntiqilik, sistemli yanaşma metodlarına müraciət edilmiş, analiz, sintez, induksiya və deduksiya metodlarından istifadə olunmuşdur. Əldə olunmuş elmi nəticələrdən gələcək elmi işlərdə, ali təhsil müəssisələrində kitabxanaşünaslıq və ədəbiyyatşünaslıq sahəsində mühazirələrin, elmi məruzələrin hazırlanmasında, eləcə də metodik vəsaitərin və tədris proqramlarının tərtibində istifadə etmək mümkündür.Keywords : Bədii Təfəkkür, Ədəbi Yaradıcılıq, Poetik Fikir, Mənəvi Dəyərlər, Mədəniyyət
ORIGINAL ARTICLE URL
