IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Cilt: 12 Sayı: 2
  • Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti İlə Qarşılıqlı Əlaqələrində Naxçıvan Muxtar Respubli...

Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti İlə Qarşılıqlı Əlaqələrində Naxçıvan Muxtar Respublikasının Geosiyasi Əhəmiyyəti

Authors : ədalət Qasımov
Pages : 885-901
Doi:10.46868/atdd.2025.897
View : 71 | Download : 129
Publication Date : 2025-06-03
Article Type : Research Paper
Abstract :Məqalədə Azərbaycan-Türkiyə münasibətlərinin formalaşması və inkişafında Naxçıvanın mühüm geosiyasi amil kimi yeri və rolu nəzərdən keçirilmiş, Azərbaycanın qədim türk torpaqlarından biri kimi təşəkkül tapmış Naxçıvan diyarının geosiyasi vəziyyətini müəyyənləşdirən amillər təhlil edilmişdir. Naxçıvan Muxtar Respublikası çox böyük iqtisadi potensiala malikdir, bu isə o deməkdir ki, qonşu dövlətlər üçün Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlər kontekstində onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlıq etmək çox sərfəlidir. Hər bir ölkənin regionlarının dövlətin xarici siyasət kursunun həyata keçirilməsində iştirakı həmin regionların geosiyasi vəziyyəti, etno-siyasi və tarixi inkişaf xüsusiyyətləri, dövlətçilik ənənələri kimi amillərlə sıx əlaqədardır. Məlum olduğu kimi, Naxçıvan tarixin uzun dövrü ərzində Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi onun dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynamışdır. Naxçıvan əhalisinin mütləq əksəriyyətini etnik azərbaycanlılar təşkil edir və bu amil regionun Azərbaycanla həm də mədəni-milli vahidliyini özündə təcəssüm etdirir. Başqa sözlə, Naxçıvan heç vaxt özünü Azərbaycan dövlətçiliyindən kənarda təsəvvür edən, separatçı hərəkətlərin mövcud olduğu ərazi vahidi olmamışdır. Bu baxımdan Naxçıvan regionunun geosiyasi şəraiti onun beynəlxalq fəaliyyətini şərtləndirən əsas amil olduğu kimi, Azərbaycan-Türkiyə münasibətlərində də mühüm rol oynadığını ortaya çıxarır.
Keywords : Azərbaycan Respublikası, Türkiyə Respublikası, Naxçıvan, geosiyasi amil, beynəlxalq əlaqələr, region

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026