Journal article

Nədim “Divan”ının Bakı Nüsxələrinin Müqayisəli Tekstoloji Tədqiqi

Abstract

XVIII əsr klassik türk ədəbiyyatının böyük şairi Nədimin şeirlərinə hər zaman böyük maraq və diqqət olmuşdur. Buna görədir ki, şairin şeirlərindən ibarət olan “Divan”ının əlyazma nüsxələri geniş coğrafiyaya yayılmışdır. Tədqiqatçılar tərəfindən Nədim “Divan”ının dünyanın müxtəlif kitabxanalarında, muzey və arxivlərində 45-ə qədər əlyazma nüsxəsi təsbit edilmişdir. Təqdim olunan məqalədə Əhməd Nədimin əlyazmalarının Türkiyə və Azərbaycan nüsxələrinin teksto¬loji tədqiqi şairin şəxsiyyəti, yaradıcılığı, ədəbi zövqü, ideologiyası nəzərə alınaraq araşdırılmış, nüsxə fərqləri və mətnlərdəki dəyişikliklərin səbəbləri izah olunmuşdur.

Keywords

NədimDivanƏlyazmaNüsxəKatibTekstoloji

103 views · 117 downloads