Journal article
GUAM Üzvü Kimi Ukraynada Qaçqın Böhranı
Abstract
Məqalədə GUAM üzvü kimi Ukraynada qaçqın və məcburi köçkünlərin siyasi problemləri araşdırılıb. Bu ölkə həm də qaçqın və məcburi köçkünlərin siyasi problemlərinin hələ də davam etdiyi ölkə olaraq qalmaqdadır. Bu səbəbdən də məqalə Ukraynada qaçqın və məcburi köçkün problemlərinə həm sovet dönəmindən öncə, həm də post-sovet dövrünün məhsulu kimi yanaşır. Məqalədə Ukraynanın qaçqın məsələsinin məhz siyasi problem olaraq nəzərdən keçirilməsinin üç mühüm səbəbi göstərilir. Birincisi, Ukraynanın Avropa İttifaqı üçün geosiyasi əhəmiyyəti, bu ölkəyə qaçqınlarla bağlı texniki və maliyyə dəstəyinin verilməsi və beynəlxalq əməkdaşlığın təşviq edilməsidir. İkincisi, çoxsaylı etnik ukraynalıların Rusiyaya, Qərbi Avropaya və digər yerlərə mühacirəti hökumət üçün əlavə siyasi problemlər yaradır. Üçüncüsü, Ukrayna tarixən qaçqın və məcburi köçkün problemlərinin varlığı ilə diqqət çəkən ölkə olmuşdur. Bu kontekstdə məqalə Ukrayna böhranının GUAM-ın siyasi, təhlükəsizlik, iqtisadi və humanitar aspektlərinə təsirini təhlil edir və böhranın təşkilatın gələcək inkişafı üçün doğurduğu çağırışları və imkanları müəyyənləşdirir.
Keywords
85 views · 123 downloads
