Journal article
Azərbaycanda Kitabxana İnformasiya Fəaliyyətinə Yeni Texnologiyaların Tətbiqi və İnformasiya Mühəndisliyi
Abstract
Azərbaycanda kitabxana-informasiya fəaliyyətinin elmi əsaslarla öyrənilməsi və tədrisi XX əsrin əvvəllərindən başlanır və 1947-ci ildə Bakı Dövlət Universitetində ali təhsilli mütəxəssislərin hazırlanması ilə daha da genişlənir. Ənənəvi kitabxana-informasiya fəaliyyətinə yeni və proqressiv metodların tətbiqi işi Azərbaycanda XX əsrin 60-cı illərinin ortalarından başlanır və Sovet kitabxanaşünaslıq çərçivəsində çox da böyük uğur qazanmır. Müstəqilliyin bərpa olunması ilə Azərbaycanda bir çox sahələrdə yeniliklərin tətbiqi müşahidə olunur, eləcə də kitabxana-informasiya xidmətinin təşkilində paradiqmalar dəyişdirilir.İnformasiya təminatı sahəsində dünya təcrübəsinin öyrənilməsi, təcrübənin qiymətləndirilməsi və tətbiqi sahələrində yeni metodikalar hazırlanır. İnformasiya mühəndisliyi konsepsiyasının hazırlanması və kitabxana-informasiya fəaliyyətində onun tətbiqi məsələləri də Azərbaycan alimlərinin elmi əsərlərində öz əksini tapır. Məqalədə respublikanın kitabxana-informasiya fəaliyyətində elmi, nəzəri və təcrübi problemlərin öyrənilməsi istiqamətində informasiya mühəndisliyi konsepsiyasının əhəmiyyəti və perespektivləri öyrənilir. Tədqiqatçı və kitabxanaşünas alimlərin bu istiqamətdə məqalələri, dərslik və monoqrafiyaları təhlil edilir. Tədqiqatçıların irəli sürdüyü yeni konsepsiya, bu istiqamətdə yazılmış məqalələr, konfrans çıxışları və elmi monoqrafiyalar təhlil olunaraq informasiya-sənəd menecmenti fəaliyyəti sahəsində mütəxəssislərin kadr hazırlığı sahəsində əhəmiyyətli rolu qeyd edir.
Keywords
86 views · 71 downloads
