Journal article
Azərbaycan Ali Təhsil Müəssisələrində Kommunikativ Yanaşma Əsasında İngilis Dilinin Tədrisinin Effektivliyi
Abstract
Bu tədqiqat işi Azərbaycan ali təhsil müəssisələrində kommunikativ yanaşma əsasında ingilis dilinin tədrisinin effektivliyini araşdırır. Tədqiqatda həm ənənəvi, həm də müasir tədris metodlarının müqayisəli təhlili aparılmış, kommunikativ yanaşmanın üstünlükləri və çatışmazlıqları müəyyənləşdirilmişdir. Məqalədə eyni zamanda, Azərbaycan tələbələri üçün ingilis dilinin tədrisi metodikasında müasir yanaşmalar araşdırılır. Tədqiqatın nəticəsi kimi qeyd etmək olar ki, müasir metodlar tələbələrin öyrənmə prosesinə müsbət təsir göstərir. Burada eyni zamanda ingilis dilinin tədrisində istifadə olunan metodların effektivliyi və tələbələrin dil bacarıqlarının inkişafındakı rolu da müzakirə edilir. Tələbələrin fərdi öyrənmə tərzləri, motivasiyaları və istifadə etdikləri strategiyalara da münasibət bildirilir. Məqalədə müəllimlərin peşəkar inkişafının ingilis dili tədrisinin keyfiyyətinə təsiri məsələlərinə də toxunulur. Məqalədə nəticə olaraq qeyd edilir ki, ingilis dili qlobal əhəmiyyəti ilə ön plana çıxır və onun tədrisi metodikası tələbələrin dil bacarıqlarını inkişaf etdirmək üçün vacibdir. Müasir yanaşmaların tətbiqi, tələbələrin motivasiyasını artırır və onların öyrənmə prosesini daha effektiv edir. Gələcək tədqiqatlar, bu sahədəki problemlərin həllinə yönəlməlidir.
Keywords
44 views · 125 downloads
