Journal article
Azərbaycan Respublikasının Cənub-Şərq Bölgəsində Kommunal Təsərrüfatının Təşkili Tarixi (Mavi Qaz Təsərrüfatı Üzrə 2004-2018-ci İllər)
Abstract
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sürətlə həyata keçirilir. Bu məqsədlə rayonlarda kommunal təsərrüfatı yenidən qurulmuşdur. Dövlət proqramlarına uyğun olaraq yeni layihələr həyata keçirilir. Həyata keçirilən islahatlar nəticəsində regionlarda əhalinin mənzil-məişət şəraiti yaxşılaşmış, kommunal təsərrüfat sahələri xeyli inkişaf etmişdir. Məqalədə Azərbaycan Respublikasının cənub-şərq bölgəsində mavi qaz təsərrüfatının təşkili tarixi tədqiq edilir. Dövlət Proqramlarının icrası ilə əlaqədar ölkədə qazlaşdırmanın yeni mərhələsinə başlanılıb. Respublikanın cənub-şərq bölgəsində yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri aparılmış, mavi yanacaqla təmin olunmayan yaşayış massivləri qazlaşdırılmışdır. Qaz təsərrüfatının və paylama sisteminin dünya standartlarına uyğunlaşdırılmış, maddi-texniki bazası müasir sistemə uyğun quraşdırılmışdır. Ölkə başçısının həyata keçirdiyi sosial-iqtisadi layihələrin uğurlu nəticəsi olaraq rayon əhalisinin kommunal problemlərinin mühüm hissəsi öz həllini tapıb. Belə ki, 2005-2018-ci illər ərzində bölgəə 871 kilometrdən artıq qaz xətti çəkilmiş və ya təmir edilmiş, 8 rayon və şəhərdə 331 yaşayış məntəqəsi qazla təmin edilmişdir.
Keywords
40 views · 104 downloads
