Journal article

Fətəli Xan (1758-1789) Dövründə Quba Xanlığının (1726-1806) Cənubi Qafqazda Hərbi-Diplomatik Mövqeyinə Dair

Abstract

XVIII əsrin ikinci yarısı bir tərəfdən Qafqazdakı dövlət qurumları arasında olduqca mürəkkəb və keşməkeşli münasibətlərin mövcud olduğu, digər tərəfdən isə iri bölgə dövlətlərinin Cənubi Qafqaz uğrunda mübarizəsi dövrüdür. Bölgədəki mövcud mürəkkəb duruma, rus-gürcü ittifaqının törətdiyi maneələrə baxmayaraq, qubalı Fətəli xan Azərbaycan torpaqlarının vahid dövlət şəklində birləşdirilməsi istiqamətində ciddi cəhdlər göstərmişdi. XVIII əsin ikinci yarısında Azərbaycan torpaqlarını birləşdirilməsi təşəbbüslərinin ən uğurlusu məhz Fətəli xan (1758-1789) tərəfindən həyata keçirilmiş, şimal-şərqi Azərbaycan torpaqları Quba xanlığına (1726-1806) tabe edilməklə xanlığın iqtisadi və hərbi-siyasi gücü daha da artmışdı. Rus-burjua tarixçisi, akademik P. Q. Butkov “1722-1803-cü illərdə Qafqazin yeni tarixi üçün materiallar” əsərində Quba xanlığı haqqında genış məlumat vermış, Fətəli xanın xarici siyasətinə, Rusiya ilə münasibətlərinə xüsusi yer ayırmışdı. Məqalədə arxiv sənədləri, ilkin qaynaqlar və problemə dair mövcud tarixi ədəbiyyatın verdiyi məlumatlar əsasında Qubalı Fətəli xanın son dərəcə mürəkkəb bir geosiyasi durumda hərbi-diplomatik fəaliyyət problemi araşdırılır.

Keywords

Şimal-şərqi AzərbaycanFətəli xanDərbəndQuba xanlığıCənubi QafqazDağıstan feodal hakimləri

74 views · 149 downloads