- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 3
- Gürcüstanın 44 günlük Vətən müharibəsinə reaksiyası
Gürcüstanın 44 günlük Vətən müharibəsinə reaksiyası
Authors : Səbuhi Quliyev
Pages : 332-340
Doi:10.5281/zenodo.17183091
View : 48 | Download : 53
Publication Date : 2025-07-28
Article Type : Research Paper
Abstract :Məqalədə ölkələrarası münasibətlərin formalaşması tarixi, Gürcüstan hökümətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi münasibət və bu münaqişə fonunda apardığı balanslı xarici siyasət əks olunur. Habelə, müəllif Gürcüstanın müharibənin başlandığı vaxtdan etibarən tərəflər arasında vasitəçilik səylərindən, bölgədə təhlükəsiz mühitin yaradılması cəhdlərindən bəhs edir. Eyni zamanda Qarabağda hərbi əməliyyatlar zamanı ermənilərin Gürcüstanın Cavaxate bölgəsində təxribata əl atmaq cəhdləri, onların ölkədə millətlərarası münasibətlərin inkişafına zərər verəcək planlarının iflası məqalədə qeyd olunur. Araşdırmada həmçinin, Gürcüstan Baş nazirinin, keçmiş Prezident M.Saakaşvilinin müharibəyə reaksiyaları ilə yanaşı, mövcud münaqişə zamanı Gürcüstan Parlamentində gürcü, erməni və azərbaycan əsilli deputatların çıxışları, erməni əsilli siyasətçilərin tarixi saxtalaşdıraraq təhrif olunmuş məlumatları ictiamiyyətə açıqlamalarından bəhs edilir.Keywords : Azərbaycan, Gürcüstan, Ermənistan, Parlament, İlham Əliyev, Cənubi Qafqaz
ORIGINAL ARTICLE URL
