- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 3
- Mir Cəlal Paşayevin (1908-1978) Ədəbi-Bədii-Publisistik Yaradıcılığının Aktuallıq Problemləri...
Mir Cəlal Paşayevin (1908-1978) Ədəbi-Bədii-Publisistik Yaradıcılığının Aktuallıq Problemləri
Authors : Şakir Cəfərov
Pages : 502-514
Doi:10.5281/zenodo.17183769
View : 108 | Download : 247
Publication Date : 2025-07-28
Article Type : Research Paper
Abstract :Azərbaycan ədəbiyyatında Mirzə İbrahimov, Mehdi Hüseyn, Süleyman Rəhimov, Əli Vəliyev, Sabit Rəhman, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi özünəməxsus cəhətlərilə bir-birindən fərqlənən hekayəçilərimiz vardır. Bu yazıçıların əsərlərində mövzu, ideya yaxınlığı daha çox nəzərə çarpır. Bunun əsas səbəbi isə, müşahidə olunan həyat hadisələrinin təxmini yaxınlığı, bənzərliyidir. Lakin bu həyat hadisələrinə münasibət, onları təsvir etmək, mənalandırmaq priyomları müxtəlif və rəngarəngdir. Bir sıra kəskin fərqlərə baxmayaraq, Mir Cəlal və Sabit Rəhman daha çox satirik və yumoristik, İ. Əfəndiyev, Ə.Məmmədxanlı romantik və lirik, Mirzə İbrahimov və Mehdi Hüseyn daha çox bədii publisist hekayələrin müəllifi kimi tanınmışlar. Bu yazıçıların hər birinin öz dəsti-xətti, orijinal xüsusiyyətləri, Azərbaycan nəsrində öz mövqeyi vardır.Keywords : Mir Cəlal Paşayev, Bədii Təsvir, Azərbaycan Ədəbiyyatı, Ədəbi-Bədii-Publisistik Yaradıcılıq, Orijinal Təsvir Və İfadə Üslubu
ORIGINAL ARTICLE URL
