IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Cilt: 12 Sayı: 3
  • “Mucəm Əl-Buldən” Əsəri Azərbaycan Orta Əsr Arxeoloji Abidələrinin Öyrənilməsində Mənbə Kimi...

“Mucəm Əl-Buldən” Əsəri Azərbaycan Orta Əsr Arxeoloji Abidələrinin Öyrənilməsində Mənbə Kimi

Authors : Müşfiq Bayramov
Pages : 549-559
Doi:10.5281/zenodo.17183929
View : 50 | Download : 73
Publication Date : 2025-07-28
Article Type : Research Paper
Abstract :Ərəb coğrafiyaşünas səyyahı Yaqut əl-Həməvinin XII–XIII əsrlərdə qələmə aldığı “Mucəm əl-Buldən” əsəri, Azərbaycanın orta əsr arxeoloji abidələri haqqında əhəmiyyətli məlumatlar təqdim edən bir coğrafi lüğət olaraq xüsusi elmi dəyərə malikdir. Əsərdə Bərdə, Təbriz, Şamaxı, Gəncə, Beyləqan, Ərdəbil, Dərbənd və digər şəhərlərin iqtisadi, sosial və mədəni həyatı, əhali tərkibi, dilləri, təsərrüfat strukturları və ticarət yolları haqqında ətraflı təsvirlər yer alır. Həmçinin, əsərdə orta əsr kənd yaşayış məntəqələri haqqında zəngin məlumat verilərək, bu məntəqələrin yerləşmə xüsusiyyətləri və əhalinin təsərrüfat fəaliyyəti əks olunur. Əsərin mühüm bölmələrindən biri də qala və istehkam tikililərinin memarlıq xüsusiyyətləri, yerləşmə coğrafiyası və müdafiə funksiyalarına dair təsvirlərdir. “Mucəm əl-Buldən”ın müasir arxeoloji tədqiqatlarla uyğunluğu, onun elmi əhəmiyyətini daha da artırır. Belə ki, Bərdə, Təbriz, Şamaxı və digər abidələrdə aparılan qazıntılar, Yaqut əl-Həməvinin əsərində təsvir etdiyi şəhərsalma quruluşunu, ipəkçilik, sənətkarlıq və ticarət fəaliyyətlərini maddi dəlillərlə dəstəkləyir. Eyni zamanda, əsərdə bəhs edilən bəzi qalalar müasir dövrdə arxeoloji abidə kimi qeydə alınmış və tədqiq edilmişdir. Hazırkı araşdırmada, Azərbaycan orta əsr arxeoloji abidələri haqqında təqdim olunan məlumatlar müasir arxeoloji qazıntılarla müqayisə edilmiş və Yaqut əl-Həməvinin əsərinin Azərbaycanın orta əsr arxeologiyasının öyrənilməsindəki rolu müəyyən edilmişdir.
Keywords : Yaqut əl-Həməvi, Mucəm Əl-Buldān, Cənubi Qafqaz, Arxeoloji Abidələr, Şəhərsalma

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026