- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 3
- Azərbaycanın Enerji Resurslarının Dünya Bazarına Çıxarılmasında Türkiyənin Rolu
Azərbaycanın Enerji Resurslarının Dünya Bazarına Çıxarılmasında Türkiyənin Rolu
Authors : Azer Ismayilzada
Pages : 885-901
Doi:10.5281/zenodo.17185250
View : 47 | Download : 41
Publication Date : 2025-07-28
Article Type : Research Paper
Abstract :Məqalədə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasında Türkiyənin rolundan bəhs edilir. Ümumilikdə 203.2-257.7 milyard barrel həcmində qiymətləndirilən Xəzər hövzəsi neft ehtiyatlarının 39-72 milyard barreli Azərbaycanın payına düşür. Xəzər regionunun təsdiqlənmiş qaz ehtiyatlarının həcmi isə 232 trilyon kub metrdir ki, bunun da 30 trilyon kub metri Azərbaycanın payına düşür. Təkcə Şahdəniz yatağındakı qazın həcmi 1.4 trilyon kub metr qiymətləndirilir. Qeyd edilən karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında Türkiyə ərazisi müstəsna əhəmiyyətə malikdir. Belə ki, Şimal-cənub istiqamətində Avrasiyanın mərkəzi hissəsini isti dənizlərə və Afrika materikinə bağlayan iki mühüm quru keçid bölgəsi olan Balkanlar və Qafqaz, eyni zamanda da bir dəniz keçid bölgəsi olan boğazlar Türkiyədə kəsişməkdədir və bu bölgələri geoiqtisadi təbii sərvətlər mərkəzləri olan Orta Şərq və Xəzər bölgəsinə bağlamaqdadır. Şərq- Qərb istiqamətində isə Anadolu yarımadası, Avrasiya materikini əhatə edən strateji yarımadalar bölgəsinin ən mühüm halqasını təşkil etməkdədir. Türkiyə zəngin enerji ehtiyatları olan bölglərlə iqtisadi cəhətdən inkişaf etmiş bölgələr arasında, əlverişli coğrafi mövqedə yerləşmişdir. Yerləşdiyi coğrafi və geostrateji mövqe baxımından Türkiyə karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətlərlə bu ehtiyatlara təlabatı olan inkişaf etmiş dövlətlar arasında enerji koridoru rolu oynamaqdadır. Bu mövqe eyni zamanda, qardaş türk dövlətləri, xüsusilə Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir. Hazırda Türkiyə Azərbaycan enerji resurslarının dünya bazarlarına nəqlini həyata keçirən mühüm nəqliyyat layihələrinin reallaşmasını həyata keçirir və eyni zamanda özünün enerji tələbatının ödənilməsini təmin edir.Keywords : Azərbaycan, karbohidrogen ehtiyatları, Türkiyə, geostrateji mövqe, enerji siyasəti, enerji tələbatı
ORIGINAL ARTICLE URL
