Journal article

Azərbaycan, Rusiya və Qazaxıstan Respublikalarının Prokurorluq Orqanlarının Konstitusiya-Hüquqi Statusunun Müqayisəli Təhlili

Abstract

Bu tədqiqatda Azərbaycan, Rusiya və Qazaxıstan respublikalarının prokurorluq orqanlarının konstitusiya-hüquqi statusu müqayisəli aspektdə araşdırılır. Məqalənin aktuallığı adı çəkilən ölkələrdə prokurorluq institutunun hakimiyyət bölgüsü sistemindəki yerinin müəyyənləşdirilməsinin elmi-nəzəri və praktiki əhəmiyyəti ilə şərtlənir. Tədqiqat hər üç ölkənin konstitusiyalarının prokurorluğa aid müddəalarının, müvafiq qanunvericilik aktlarının və elmi ədəbiyyatın sistemli təhlili metodologiyasına əsaslanır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, post-sovet məkanında yerləşən bu üç dövlətdə prokurorluğun konstitusiya-hüquqi statusu vahid model əsasında formalaşdırılsa da, prokurorluq orqanlarının funksional təyinatı və səlahiyyət dairəsi baxımından əhəmiyyətli fərqlər mövcuddur. Məqalədə hər üç ölkənin prokurorluq sistemlərinin müqayisəli təhlili aparılmış, oxşar və fərqli cəhətlər aşkarlanmış, bu fərqlərin hüquqi və tarixi əsasları araşdırılmışdır. Tədqiqat göstərir ki, Azərbaycan, Rusiya və Qazaxıstan respublikalarında prokurorluq orqanlarının konstitusiya-hüquqi statusunun oxşarlığı bu ölkələrdə prokurorluğun vahid modelinin mövcudluğu ilə əlaqədardır. Bununla yanaşı, qanunvericilikdə təsbit olunmuş prokurorluq orqanlarının funksiyaları və səlahiyyətləri arasında mühüm fərqlər də müşahidə edilir.

Keywords

Prokurorluq OrqanlarıKonstitusiya-Hüquqi StatusHakimiyyət BölgüsüMəhkəmə HakimiyyətiQanunçuluğun TəminatıCinayət Təqibi

79 views · 134 downloads