Journal article

Informasiya Təminatinda Tələbatçi Məmnuniyyəti və Probleminin Sosial-Fəlsəfi Mahiyyəti

Abstract

İnformasiya kütləsinin sürətlə artması və kanalların çoxşaxəliliyi oxucu-istehlakçı məmnuniyyətini müxtəlif maraqlarla qarşı-qarşıya qoyur. Obyekt, subyekt və proses üçbucağında bu anlayışın sosial-fəlsəfi mahiyyətini müəyyənləşdirmək informasiya mühitində yaranan xaosu anlamağa imkan verir. İnkişaf edən İKT-nin gündəlik həyata və mədəni mühitin transformasiyasına təsiri fonunda oxucu məmnuniyyətinin təhlili xüsusi əhəmiyyət kəsb edir. Oxucu məmnuniyyəti yalnız kommersiya maraqları ilə məhdudlaşmır; o, milli, regional və qlobal çağırışlara cavab verən, mədəni cəmiyyətin sifarişlərini təmin edən sosial və kulturoloji fenomen kimi dəyərləndirilir. Kitabxanalar ənənəvi, rəqəmsal və ya hibrid modeldə fəaliyyət göstərsə də, onların dayanıqlılığı bu sosial-fəlsəfi mahiyyətin düzgün qiymətləndirilməsindən asılıdır. Məqalədə problemin elmi, nəzəri və praktiki aspektləri araşdırılır, oxucu məmnuniyyətinin sosial dəyəri, kulturoloji funksiyası və kommersiya xarakterli yanaşmalarla fərqi təhlil edilir. Xüsusi diqqət yanlış informasiya və dezinformasiyanın uzunmüddətli sosial fəsadlarına yönəldilir.

Keywords

Oxucu MəmnunluğuSosial-Fəlsəfi Mahiyyətiİnformasiya Xidmətiİnformasiya Maarifi

63 views · 31 downloads