- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 4
- COP29 və Azərbaycan Respublikasının Azad Olunmuş Ərazilərində Ekoloji Sivilizasiya Konsepsiyası...
COP29 və Azərbaycan Respublikasının Azad Olunmuş Ərazilərində Ekoloji Sivilizasiya Konsepsiyası
Authors : Nazim Məmmədov
Pages : 843-852
View : 21 | Download : 60
Publication Date : 2025-09-27
Article Type : Review Paper
Abstract :BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyası (COP29) 2024-cü il noyabrın 11–24-də Bakıda keçiriləcək və 196 ölkədən təxminən 72 min nümayəndənin iştirakı gözlənilir. Bu beynəlxalq tədbir, Azərbaycan Respublikasının artan qlobal nüfuzunu və uğurlu xarici siyasətinin nəticələrini nümayiş etdirməklə yanaşı, müasir dövrün ən mühüm çağırışlarından biri olan qlobal ekoloji problemlərin həlli üçün də mühüm platforma yaradır. Xüsusilə, azad olunmuş ərazilərdə ekoloji sivilizasiya konsepsiyasının həyata keçirilməsi, “yaşıl enerji” modelinin inkişafı, mina təhlükəsinin aradan qaldırılması və ekoloji terrorun təsirlərinin minimuma endirilməsi istiqamətində yeni imkanlar açır. Yol nəqliyyatı və sənaye mənbəli tullantıların azaldılması, biomüxtəlifliyin bərpası, su ehtiyatlarının səmərəli idarə olunması və iqlim dəyişikliyi ilə mübarizə üzrə layihələrin genişləndirilməsi bu prosesin prioritet istiqamətlərindəndir. COP29-un Bakıda keçirilməsi, Azərbaycanın regional və qlobal ekoloji siyasətdə aparıcı rolunu təsdiqləməklə yanaşı, azad olunmuş ərazilərin davamlı inkişafı və qlobal miqyasda ekoloji sivilizasiya ideyalarının reallaşması üçün strateji əhəmiyyət kəsb edir.Keywords : COP29, Azərbaycan, Azad Olunmuş Ərazilər, Ekoloji Sivilizasiya, Yaşıl Enerji
ORIGINAL ARTICLE URL
