- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 4
- Borçalı Bölgəsinin VII-X Əsrlər Tarixi Ərəbdilli Mənbələrdə
Borçalı Bölgəsinin VII-X Əsrlər Tarixi Ərəbdilli Mənbələrdə
Authors : Şahlar Şərifov
Pages : 892-908
View : 31 | Download : 179
Publication Date : 2025-09-27
Article Type : Research Paper
Abstract :Qafqazın mərkəzində yerləşən Borçalı bölgəsi, e.ə. IV əsrdən etibarən türklərin məskunlaşdığı ərazilərdən biri olmuş, XI əsrdə Qafqazın Səlcuq türkləri tərəfindən fəthindən sonra isə Türk-İslam coğrafiyasına aid ərazilərdən birinə çevrilmişdir. Bu bölgənin türk-müsəlman tarixində müstəsna yeri vardır. Xəzər, Səlcuqlu, Azərbaycan Atabəyləri, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı, Avşar və Qacar türklərinin hakimiyyəti altında olan Borçalı, öz varlığını qoruyub saxlaya bilmişdir. Müsəlmanlarla xristianlar arasında sərhəd rolunu oynayan Borçalı, tarix boyu bir çox müharibələrə və andlaşmalara şahidlik etmişdir. Eyni zamanda, türklərin sərhəd boyu etdikləri yürüşlər nəticəsində Qafqazın və Şərqi Anadolunun həm türkləşməsində, həm də islamlaşmasında mühüm rol oynamışdır. X əsrdən XV əsrə qədər Azərbaycan ərazilərində hakimlik etmiş Türk xəna¬danlıqları dövründə Borçalı ərazisi əsasən müxtəlif türk tayfalarının məskunlaşdığı ərazilərdən birinə çevrilmişdir. XI əsrdən etibarən davamlı olaraq Borçalıda davam edən türk hakimiyyəti, XIX əsrin əvvəllərində rus işğalı ilə sona çatmışdır. Məqalədə Qafqaz türkləri və İslam tarixinin mühüm bir hissəsi olan Borçalı bölgəsində VII-X əsrlərdə baş vermiş tarixi hadisələr mənbələr əsasında tədqiq edilmişdir.Keywords : Qafqaz, Borçalı, Sultanlıq, Xanədanlıq, Türk, İslam, Gürcü
ORIGINAL ARTICLE URL
