Journal article
Qazax Qəzasının Əhalisi (XIX Əsrin İkinci Yarısı – XX Əsrin Əvvəlləri)
Abstract
Qazax qəzasında XIX əsrin 60-cı illərindən etibarən əhalinin sayı, etnik tərkibi və iqtisadi həyatında baş vermiş mühüm dəyişikliklər Rusiya kameral təsvirləri, siyahıyaalma sənədləri və digər mənbələr əsasında araşdırılmışdır. Rusiya hakimiyyət nümayəndələrinin məqsədyönlü antiazərbaycan siyasətinin öyrənilməsinə xüsusi diqqət yetirilmişdir. Erməni və rus ailələrinin məskunlaşdırılmasının yerli azərbaycanlı əhalinin torpaqla təmin edilməsinə və ümumiyyətlə həyat şəraitinə ağır təsiri çoxsaylı statistik materiallarla diqqətə çatdırılmışdır. Araşdırmada həmçinin həmin dövrdə baş verən etno-demoqrafik proseslərin regionun uzunmüddətli sosial-iqtisadi inkişafına təsir mexanizmləri də ümumiləşdirilmişdir.
Keywords
69 views · 200 downloads
