- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: Özel Sayı 2025-1
- “Azərbaycan Dili” Fənninin Tədrisində Bədii İstedadlı Uşaqların Aşkara Çıxarılması Metodikası...
“Azərbaycan Dili” Fənninin Tədrisində Bədii İstedadlı Uşaqların Aşkara Çıxarılması Metodikası
Authors : Sehla Suleymanova
Pages : 36-45
Doi:10.46868/atdd.2025.1016
View : 46 | Download : 90
Publication Date : 2025-10-31
Article Type : Review Paper
Abstract :Məqalədə bədii istedadlı uşaqların xüsusiyyətləri və onların qabiliyyətlərinin aşkara çıxarılması istiqamətində “Azərbaycan dili” fənninin metodik imkanları araşdırılmışdır. Fənnin tədrisi zamanı yaradıcı yanaşmaların, rollu və didaktik oyunların tətbiqi bədii istedadı olan şagirdlərin vaxtında müəyyən edilməsinə və inkişafına şərait yaradır. Oyunların ssenariləri, musiqi və təsviri incəsənət elementlərinin seçimi, şagirdlərin fərdi qabiliyyətlərinə əsaslanan rol bölgüsü prosesin effektivliyini artırır. Bu yanaşma estetik tərbiyə ilə yanaşı, əxlaqi, mənəvi, əmək və sosial dəyərlərin formalaşmasına da töhfə verir. Məqalədə həmçinin ibtidai sinif mərhələsində uşaqların yaradıcılıq potensialının üzə çıxarılmasının gələcəkdə istedadlı və hərtərəfli şəxsiyyətlərin formalaşmasında əhəmiyyətli rolu olduğu vurğulanır.Keywords : Azərbaycan Dili, Şagird, Bədii İstedad, Yaradıcılıq, Didaktik Oyun
ORIGINAL ARTICLE URL
