- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: Özel Sayı 2025-1
- Azərbaycanda Hərbi Psixoloqların Fəaliyyət İstiqamətlərinin Təhlili
Azərbaycanda Hərbi Psixoloqların Fəaliyyət İstiqamətlərinin Təhlili
Authors : Salatın Hacıyeva
Pages : 110-116
Doi:10.46868/atdd.2025.1024
View : 39 | Download : 118
Publication Date : 2025-10-31
Article Type : Review Paper
Abstract :Məqalədə Azərbaycanda hərbi psixologiya sahəsinin mövcud vəziyyəti, hərbi psixoloqların fəaliyyət istiqamətləri, qarşılaşdıqları əsas çətinliklər və inkişaf perspektivləri elmi baxımdan təhlil olunur. Müharibə və postmüharibə şəraitində hərbi qulluqçuların psixoloji rifahının təmin edilməsinin strateji əhəmiyyəti vurğulanır. Araşdırmada qeyd olunur ki, hərbi psixoloqun funksional fəaliyyəti tədqiqat, proqnostik, normativ, məsləhətçi, korreksiyaedici, inkişafetdirici, idarəetmə və interaktiv funksiyaları, eləcə də döyüş nümunəsi funksiyasını əhatə edir. Bu funksiyalar sülh dövründə də həyata keçirilsə də, döyüş şəraitində onların məzmunu və rolu daha da dərinləşir və spesifik xarakter alır. Tədqiqat və proqnostik funksiyalar şəxsi heyətin qarşıdan gələn və davam edən döyüş fəaliyyətinin psixoloji şəraitinin proqnozlaşdırılması, qiymətləndirilməsi və psixoloji modelinin qurulmasında mühüm əhəmiyyət kəsb edir. Aparılmış təhlillər göstərir ki, Azərbaycanda hərbi psixologiya sahəsinin inkişafı qarşısında hələ də müəyyən maneələr mövcuddur. Bunlara kadr çatışmazlığı, normativ-hüquqi mexanizmlərin qeyri-kafiliyi və ictimai stereotiplərin davamlılığı daxildir. Məqalədə bu sahənin elmi əsaslarla inkişaf etdirilməsi, peşəkar kadr hazırlığının gücləndirilməsi və hərbi psixoloqların fəaliyyətinin institusional səviyyədə təkmilləşdirilməsi üçün bir sıra praktik və elmi təkliflər irəli sürülür.Keywords : Hərbi Psixologiya, Hərbi Psixoloq, Psixoloji Dəstək, Posttravmatik Stress Pozuntusu, Hərbi Qulluqçu
ORIGINAL ARTICLE URL
