- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 5
- Bakı nefti və Qərbi Azərbaycan Ərazisindən Azərbaycanlıların Deportasiyası Tarixi (1906, 1918-1920, ...
Bakı nefti və Qərbi Azərbaycan Ərazisindən Azərbaycanlıların Deportasiyası Tarixi (1906, 1918-1920, 1948-1955, 1987-1991)
Authors : Cabi Bahramov
Pages : 58-70
Doi:10.5281/zenodo.17695915
View : 67 | Download : 83
Publication Date : 2025-12-19
Article Type : Research Paper
Abstract :Məqalə XX əsrdə Bakı neftinin ələ keçirilməsi uğrunda geosiyasi rəqabətin və bu fonunda Azərbaycan əhalisinə qarşı həyata keçirilmiş zorakı siyasətlərin (deportasiya, etnik təmizləmə, soyqırımı) dinamikasını araşdırır. Tədqiqat arxiv fondları və rəsmi sənədlərə əsaslanaraq 1906, 1918–1920, 1948–1955 və 1987–1991 mərhələlərini sistemli şəkildə təhlil edir. Analiz Rusiya imperiyası və SSRİ-nin məqsədyönlü demoqrafik mühəndisliyini, xarici güclərin regional maraqlarını və mədəni irsin məhvini üzə çıxarır. Hadisələr beynəlxalq hüquq çərçivəsində — xüsusilə BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası və müvafiq insan hüquqları sənədləri kontekstində — qiymətləndirilir. Nəticə etibarilə məqalə, Qərbi Azərbaycan daxil olmaqla, tarixi-etnik məkanın transformasiyasını faktoloji baza üzərində izah edir, anlayış və məfhumların operativ tərifini təqdim edir və mövcud ədəbiyyata konseptual, mənbəyönlü töhfə verir.Keywords : Bakı nefti, Böyük Britaniya, Osmanlı Türkiyəsi, Azərbaycan Demokratik Respublikası, Qərbi Azərbaycan
ORIGINAL ARTICLE URL
