- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 5
- Liberal Beynəlxalq Nizamın Böhranına Səbəb Olan Amillər
Liberal Beynəlxalq Nizamın Böhranına Səbəb Olan Amillər
Authors : Rafiq İbrahimov
Pages : 71-78
Doi:10.5281/zenodo.17220679
View : 102 | Download : 66
Publication Date : 2025-12-19
Article Type : Research Paper
Abstract :1990-cı illərdə formalaşan liberal beynəlxalq nizam hazırda dərin və çoxşaxəli böhran mərhələsindədir. O dövrdə beynəlxalq sistemin təkqütblü xarakteri, ABŞ-ın misilsiz hərbi-iqtisadi üstünlüyü və liberal-demokratik siyasi quruluşu bu nizamın liberal prinsiplərə əsaslanmasına şərait yaratmışdı. Lakin son onilliklərdə bir sıra daxili və xarici amillər həmin prinsipləri ciddi şəkildə sarsıtmışdır. Xarici amillərə ABŞ-ın zorakı demokratikləşdirmə cəhdlərinin uğursuzluğu, Çin və Rusiyanın böyük güc statusunu bərpa edərək yeni geosiyasi qütb formalaşdırması, eləcə də iqtisadi qloballaşmanın Qərb iqtisadiyyatlarında yaratdığı struktur problemlər daxildir. Daxili amillər isə qlobal maliyyə böhranları, sosial bərabərsizlik, siyasi elitalarla vətəndaşlar arasındakı uçurum və nəticədə sağçı-populist hərəkatların güclənməsi ilə xarakterizə olunur. Bu məqalə liberal beynəlxalq nizamın davamlılığını sual altına alan həmin daxili və xarici faktorları təhlil edir və müasir beynəlxalq münasibətlər sistemində yeni güc balansının formalaşma meyillərini araşdırır.Keywords : Liberal Beynəlxalq Nizam, Böhran, ABŞ, Çin, Sağçı-Populist Hərəkatlar
ORIGINAL ARTICLE URL
