IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Cilt: 12 Sayı: 5
  • Ermənistanda və Azərbaycanda Eksklavların Yaranması Tarixinə Dair

Ermənistanda və Azərbaycanda Eksklavların Yaranması Tarixinə Dair

Authors : İkram Ağasiyev
Pages : 176-185
Doi:10.5281/zenodo.17696919
View : 37 | Download : 91
Publication Date : 2025-12-19
Article Type : Research Paper
Abstract :Məqalə Ermənistandakı Azərbaycanın 4 eksklavının və Ermənistanın Azərbaycandakı 1 eksklavının yaranması tarixinə həsr olunmuşdur. Məlumdur ki, 2020-ci ilin payızında, 44 günlük müharibədə Ermənistan Azərbaycan tərəfindən məğlubiyyətə uğradıldı və Azərbaycan Ordusu Qarabağı erməni işğalından azad etdi. Lakin Azərbaycana aid daha 8 kənd Ermənistanın işğalında qalmaqda davam edirdi.Bu kəndlərdən - Qazax rayonuna aid Bağanis Ayrım, Xeyrimli, Qızıl Hacılı və Aşağı Əskipara kəndləri ikitərəfli danışıqlar nəticəsində 2024-cü ilin aprel-may aylarında azad edildi və Azərbaycana qaytarıldı. Amma Azərbaycanın Ermənistanda 4 eksklavı – Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndləri hələ də Azərbaycana qaytarılmamışdır.Ermənistanın iddiasına görə Azərbaycan ərazisində onun 1 eksklavı- Başkənd kəndi vardır. Beləliklə, eksklav məsələsi bu gün Azərbaycan-Ermənistan arasında sülh danışıqlarında və sərhədlərin müəyyən olunmasında bir problem olaraq qalmaqdadır.Bu məsələnin həlli ilə bağlı müxtəlif variantlar təklif olunur. Məqalədə müəllif adı çəkilən eksklavların yaranması tarixini arxiv sənədləri əsasında araşdırmışdır və bütün 5 kəndin tarixən Azərbaycana məxsus olduğunu göstərmiş, bu kəndlərin Sovetlər Birliyi dönəmində Azərbaycana qarşı aparılan ədalətsiz siyasət nəticəsində eksklava çevrilməsini dəlillərlə sübut etmiş və məsələnin həlli ilə bağlı ö təklifini vermişdir.
Keywords : Eksklav, Başkənd, Sofulu, Barxudarlı, Kərki, Yuxarı Əskipara

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026