IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Cilt: 12 Sayı: 5
  • Şərq və Qərb mədəniyyətlərinin toqquşması və onun bədii ədəbiyyatda təzahürü: Hüseyn Cavid, Peyami S...

Şərq və Qərb mədəniyyətlərinin toqquşması və onun bədii ədəbiyyatda təzahürü: Hüseyn Cavid, Peyami Səfa və Abdul Muis yaradıcılığı əsasında

Authors : Leyla Ramazanova
Pages : 430-440
Doi:10.5281/zenodo.17697545
View : 23 | Download : 49
Publication Date : 2025-12-19
Article Type : Research Paper
Abstract :Məqalə XX əsrin əvvəllərində Şərq ədəbiyyatında geniş şəkildə işlənən Şərq və Qərb mədəniyyətlərinin toqquşması mövzusunun bədii təzahürlərini araşdırmağa həsr edilmişdir. Tədqiqatda Qərbin parıltılı işıqları arasında milli kimliyindən uzaq düşən şərqli insanın mənəvi təlatümləri, dəyərlər qarşıdurması və seçim dilemması mərkəzi problem kimi təhlil olunur. Həmçinin Qərbə meyilin yaranma səbəbləri və bu meyli şərtləndirən ictimai-mədəni amillər diqqətə çatdırılır. Hüseyn Cavidin “Uçurum” (1919) əsərində Osmanlı imperiyası daxilində baş verən dəyişikliklərin, ailə dəyərlərinin sarsılması və Avropa həyat tərzinə ifrat aludəçiliyin yaratdığı mənəvi fəsadların bədii ifadəsi araşdırılır. Peyami Səfanın “Fatih-Harbiyə” (1931) romanında Şərq və Qərb dəyərləri arasında seçim edə bilməyən Nəriman obrazının mənəvi ziddiyyətləri təhlil olunur. Abdul Muisin “Yanlış tərbiyə” (1928) əsərində isə şüursuz avropalaşma meyilləri tənqid edilir və milli kimlikdən uzaqlaşmanın faciəvi nəticələri göstərilir. Aparılan müqayisəli təhlil nəticəsində müəyyən edilmişdir ki, hər üç yazıçı — Hüseyn Cavid, Peyami Səfa və Abdul Muis — eyni ədəbi-fəlsəfi qənaətə gəlirlər: Qərbin müsbət keyfiyyətləri Şərq əxlaq kodeksləri ilə uyğunlaşdırılmalı, insan milli varlığından və mənəvi köklərindən qopmamalıdır.
Keywords : Şərq və Qərb mədəniyyətləri, Azərbaycan ədəbiyyatı, Türkiyə ədəbiyyatı, İndoneziya ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026