IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Cilt: 12 Sayı: 5
  • Bakı Hümmət Təşkilatı 1917–1918-ci illərdə: Sosialist Amallar və Siyasi Reallıqlar

Bakı Hümmət Təşkilatı 1917–1918-ci illərdə: Sosialist Amallar və Siyasi Reallıqlar

Authors : Aygun Azimova
Pages : 929-953
Doi:10.5281/zenodo.17703912
View : 32 | Download : 97
Publication Date : 2025-12-19
Article Type : Research Paper
Abstract :Bu məqalədə Bakı Hümmət təşkilatının 1917–1918-ci illərdəki fəaliyyəti tarixi və siyasi kontekstdə kompleks şəkildə təhlil olunur. Müsəlman sosial-demokratları tərəfindən yaradılmış bu təşkilatın fəaliyyətinə tarixşünaslıqda münasibət müxtəlif dövrlərdə fərqli olmuşdur. Sovet dövründə Hümmətin fəaliyyəti sovet hakimiyyətinin qurulması prosesində mühüm siyasi amil kimi qiymətləndirilmiş və ideoloji baxımdan yüksək qiymətləndirilmişdir. Lakin XX əsrin 80-ci illərinin sonlarından etibarən sovet ideoloji sisteminin dağılması bu mövzuya yanaşmalarda da ciddi dönüş yaratmış, Hümmət təşkilatının fəaliyyəti kəskin tənqid obyektinə çevrilmişdir. Məqalədə memuaristik materiallar, dövr mətbuatı və arxiv sənədlərinin yeni interpretasiyası əsasında Hümmətin fəaliyyətini şərtləndirən sosial, siyasi və milli amillər araşdırılır. Tədqiqat nəticəsində təşkilat daxilində fikir ayrılıqlarının hələ 1917-ci ilin oktyabrında özünü göstərməyə başladığı və bu ayrılıqların Mart 1918 hadisələrindən sonra daha da dərinləşdiyi müəyyən edilir. Eyni zamanda, bolşeviklərin siyasətinin Hümmət üzvləri üzərində yaratdığı təsir, onların ideoloji amalları ilə siyasi reallıqlar arasında yaşadıqları ziddiyyətlər və təşkilatın bu fon üzərində formalaşan fəaliyyət istiqamətləri təhlil edilir.
Keywords : Hümmət Təşkilatı, Müsəlman Sosialistlər, Bakı Soveti, Müsavat Partiyası, Nəriman Nərimanov, Mirməmməd İsrafilbəyov

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026