Journal article

Azərbaycan Respublikasında sənaye sahəsində iş qüvvəsindən istifadənin vəziyyətində baş verən dəyişikliklərin təhlili və qiymətləndirilməsi

Abstract

Bu məqalədə 1969–2023-cü illəri əhatə edən dövrdə Azərbaycan Respublikasında sənaye sahəsində iş qüvvəsindən istifadənin vəziyyətində baş verən dəyişikliklər təhlil edilmişdir. Tədqiqatda sənaye üzrə, xüsusilə də onun əsas sahələrində muzdla çalışan işçilərin sayındakı dəyişikliklər, sahə və ərazi məşğulluq quruluşunda baş verən transformasiyalar, habelə sənayedə məşğul olanların cins bölgüsü üzrə dəyişikliklər araşdırılmışdır. Sözügedən dəyişikliklərə təsir göstərən iqtisadi və sosial amillər müəyyən olunmuş, müşahidə olunan tendensiyalar ümumiləşdirilərək qiymətləndirilmiş və sənaye sahəsində mövcud iş qüvvəsindən daha səmərəli istifadə olunması üçün konkret təklif və tövsiyələr irəli sürülmüşdür.

Keywords

ƏhaliMəşğulluqIşsizlikIşçi QüvvəsiMuzdlu ƏməkSənaye SektoruInnovasiya

32 views · 67 downloads