- Akademik Tarih ve Düşünce Dergisi
- Cilt: 12 Sayı: 6
- Dünya Toplu Kitabxana Kataloqu – WorldCat və orada təbiət elmləri üzrə Azərbaycan mənşəli sənədlərin...
Dünya Toplu Kitabxana Kataloqu – WorldCat və orada təbiət elmləri üzrə Azərbaycan mənşəli sənədlərin əks olunması xüsusiyyətləri
Authors : əliyusif Məmmədov
Pages : 632-642
Doi:10.5281/zenodo.18097927
View : 24 | Download : 21
Publication Date : 2025-12-26
Article Type : Review Paper
Abstract :Kitabxanaların sənəd fondunu əks etdirən biblioqrafik informasiyanın elektron formatda biblioqrafik verilənlər bazalarında təqdim edilməsi prosesi XX əsrin son rübündən başlayaraq kitabxana-biblioqrafik fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu prosesin növbəti məntiqi mərhələsi həmin sahədə kitabxanalararası kooperasiyanın formalaşması və elektron toplu kataloqlar şəklində genişlənməsidir. Bu tendensiyanın nəticəsində yaranan toplu korporativ kataloqlardan ən böyüyü OCLC təşkilatı tərəfindən həyata keçirilən WorldCat layihəsidir. Hal-hazırda Azərbaycan Respublikasının bir sıra kitabxanalarının da iştirak etdiyi bu layihə çərçivəsində yaradılmış elektron biblioqrafik resursda digər elm sahələri ilə yanaşı, təbiət elmləri üzrə sənədlər haqqında da böyük həcmdə biblioqrafik informasiya əksini tapmışdır. Bu resursun tərkibində Azərbaycanda nəşr edilmiş kitablar və dərc edilmiş elmi məqalələr də yer alır. Məqalədə WorldCat kataloqunda təbiət elmləri üzrə Azərbaycan mənşəli sənədlərin təmsil olunma xüsusiyyətləri faktiki və statistik materiallar əsasında təhlil edilir və qiymətləndirilir.Keywords : biblioqrafik informasiya, toplu kataloq, elektron kataloq, Azərbaycan, verilənlər bazaları, OCLC
ORIGINAL ARTICLE URL
