IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • KutBilim Sosyal Bilimler ve Sanat Dergisi
  • Volume:3 Issue:1
  • YENİ ŞƏRAİTDƏ ŞƏXSİYYƏT VƏ CƏMİYYƏTİN ƏNƏNƏVİ DƏYƏRLƏR SİSTEMLƏRİNİN YENİDƏN QİYMƏTLƏNDİRİLMƏSİ ZƏRU...

YENİ ŞƏRAİTDƏ ŞƏXSİYYƏT VƏ CƏMİYYƏTİN ƏNƏNƏVİ DƏYƏRLƏR SİSTEMLƏRİNİN YENİDƏN QİYMƏTLƏNDİRİLMƏSİ ZƏRURƏTİ

Authors : Yagut ALİYEVA
Pages : 49-59
Doi:10.58642/kutbilim.1315116
View : 20 | Download : 17
Publication Date : 2023-07-08
Article Type : Review Paper
Abstract :Məqalədə şəxsiyyət və cəmiyyətin qarşılıqlı dəyərlər sistemləri tədqiq olunur, yeni şəraitdə dəyərlərin yenidən qiymətləndirilməsindən bəhs edilir. Eyni zamanda Azərbaycan cəmiyyətində yeni tərzdə inteqrsiya olunan Şərq və Qərb dəyərlərinin müqayisəli təhlili aparılır və şəxsiyyətin formalaşmasına bazar dəyərlərinin təsiri nəzərdən keçirilir. İctimai inkişafın keçid dövrlərində həmişə dəyərlərin yenidən qiymətləndirilməsi problemi yaranır. Köhnə dəyərlərin inkarı kəskin sosial dəyişikliklərə, şəxsiyətin oriyentasiyasının itirməsinə insert ignore into journalissuearticles values(çaşqınlığa); və bənzərsizliyə gətirir, yəni cəmiyyət və şəxsiyyətin həyatının köhnə formalarının inkarına. Tədqiqatın müxtəlif mərhələlərində elmi idrakın əsas metodlarından, o cümlədən induksiya, deduksiya, sistemli-müqayisəli təhlil və sintez metodlarından istifadə edilmişdir. Mövzu ilə bağlı ədəbiyyatın sistemli təhlili aparılmışdır. Tədqiqatın nəticəsində belə qənayətə gəlinir ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət qurulmasının aktiv prosesi gedir. Həm ayrı-ayrı şəxsiyyətdən, həm də bütövlükdə cəmiyyətdən yeni şəraitə müəyyən çeviklik göstərməyi və adaptasiyası tələb olunur. Bu gün cəmiyyətin qarşılaşdığı qlobal problemlər yalnız dərk ediləcək və müəyyən məqsədə yönəldilmiş səylər nəticəsində həll oluna bilər. Ancaq, bunun üçün insanların ölkədə və dünyada baş verən proseslər haqqında informasiyaya malik olması və adekvat mənəvi dəyərlər sistemi normalarının yaradılması prosesinin praktik surətdə reallaşdırılması zəruridir. Bu vəzifəyə həm də cəmiyyətin yeni yaranmaqda olan sistemə hazırlanması və fəal şəkildə məlum normalara qoşulması daxildir.
Keywords : Dəyərlər, Sistem, Şəxsiyyət, Cəmiyyət, Transformasiya, Qloballaşma

ORIGINAL ARTICLE URL
VIEW PAPER (PDF)

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2025