ZAHİD XƏLİLİN UŞAQ ŞEİRLƏRİ
Authors : İlhama Agazade
Pages : 69-78
Doi:10.55774/mikad.1637246
View : 48 | Download : 33
Publication Date : 2025-06-04
Article Type : Research Paper
Abstract :Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Zahid Xəlil yaradıcılığı ilə uşaqların dünyagörüşünün formalaşmasına və estetik zövqünün inkişafına mühüm töhfələr vermişdir. Onun poetik nümunələrində milli-mənəvi dəyərlər, vətənə məhəbbət, təbiətə bağlılıq və əxlaqi tərbiyə məsələləri əsas mövzu kimi çıxış edir. Şairin dili sadə və axıcı olmaqla yanaşı, obrazlı ifadələrlə zəngindir və bu xüsusiyyətlər əsərlərin uşaqlar tərəfindən asan qavranılmasına şərait yaradır. Zahid Xəlilin poetik üslubunda uşaq təxəyyülünü inkişaf etdirən metaforalar, bənzətmələr, təkrarlar və digər bədii təsvir vasitələri geniş yer tutur. Bu xüsusiyyətlər onun poeziyasını uşaq oxucular üçün həm anlaşıqlı, həm də cəlbedici edir. “Axşam olur dənizə”, “Torağalar oxuyur”, “Damcılar”, “Kür Nehri”, “Çınar”, “Ot”, “Kəklik” və digər şeirlərində uşaq psixologiyasına uyğun məzmun və forma birliyi müşahidə olunur. Bu əsərlərdə əyləncəli süjetlər və emosional təsir gücü ilə uşaqların diqqəti cəlb olunmaqla yanaşı, onların milli-mənəvi kimliyi də möhkəmləndirilir. Şairin yaradıcılığı Azərbaycan mədəniyyətinə, tarixinə və təbiətinə olan dərin sevgini əks etdirir. Bu da onun uşaq ədəbiyyatına verdiyi töhfələrin orijinallığını və əhəmiyyətini artırır. Zahid Xəlil uşaq şeiri janrına gətirdiyi yeni yanaşmalarla ədəbiyyatın bu sahəsini daha da zənginləşdirmiş, onu müasir estetik və pedaqoji tələblərə uyğun şəkildə inkişaf etdirmişdir. Bu məqalədə Zahid Xəlilin uşaq şeirlərindəki əsas mövzular və bədii ifadə vasitələri təhlil olunur, onların Azərbaycan uşaq ədəbiyyatındakı funksional əhəmiyyəti və pedaqoji dəyəri araşdırılır.Keywords : doğa, vatan, güzellik, çocuk şiiri
ORIGINAL ARTICLE URL
