IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • AKRA Kültür Sanat ve Edebiyat Dergisi
  • Volume:10 Issue:26
  • “MOLLA NƏSRƏDDİN” JURNALI VƏ TÜRKİYƏ SATİRİK MƏTBUATINDA İŞLƏNƏN FOLKLOR ÖRNƏKLƏRİ (MASALLAR –NAĞILL...

“MOLLA NƏSRƏDDİN” JURNALI VƏ TÜRKİYƏ SATİRİK MƏTBUATINDA İŞLƏNƏN FOLKLOR ÖRNƏKLƏRİ (MASALLAR –NAĞILLAR)

Authors : Gulbeniz BABAYEVA
Pages : 183-191
Doi:10.31126/akrajournal.949600
View : 66 | Download : 14
Publication Date : 2022-01-08
Article Type : Research Paper
Abstract :Məqalədə Azərbaycan satirik mətbuatının öncülü olan “Molla Nəsrəddin “ jurnalında və Türkiyə satirik mətbuatında işlənən folklor örnəklərindən bəhs olunur. Hər bir xalqın folkloru onun qəhrəmanlıq salnaməsini, milli – mənəvi dəyərlərini ,həyat və məişətini, psixologiyasını,düşüncə tərzini və etnoqrafiyasını özündə əks etdirir.Azərbaycan ədəbiyyatın-da şifahi xalq ədəbiyyatı, folklor,el ədəbiyyatı,ağız ədəbiyyatı kimi terminlərlə ifadə olunan bu zəngin söz xəzinəsi Türkiyədə “ağız ədəbiyyatı “, “sözlü ədəbiyyat”, “folklor”, “anonim ədəbiyyat”, “xalq ədəbiyyatı”, “halkbilgisi”, “halkiyat”, “halkbilim” və başqa istilahlarla ad-landırılır.Azərbaycan folkloru ilə tam uyarlıq yaradan Türk folkloru Şərq aləmində öz zənginliyi və çoxşaxəliliyi ilə diqqəti cəlb edir.Türkdilli xalqlar üçün ortaq olan, lirik, epik və dramatik növdə qruplaşdırılan manilər,türkülər, bilməcələr, ninnilər, alkışlar, karğışlar, ata sözləri, deyimlər, təkərləmələr, əfsanələr, halk hekayələri, dastanlar, xalq teatrları və s. Türkiyə ağız ədəbiyyatının da aparıcı janrları kimi status qazanmışdır. Şərq xalqlarının folklorunda geniş yer tutan masallar yazılı ədəbiyyata da ciddi təsir gös-tərmiş,Türkiyə satirik mətbuatı və ədəbiyyatının görkəmli nümayəndələri İ.Şinasi, H.Rehmi, A.Nesin, Ö. Seyfeddin və başqaları öz yaradıcılıqlarında masallardan geniş istifadə etmişlər. Azərbaycan satirik mətbuatının zirvəsində dayanan, Cəlil Məmmədquluzadənin redaktor-luğu ilə nəşr edilən “Molla Nəsrəddin” jurnalı (1906-1931) 25 illik fəaliyyəti dövründə masallardan (nağıllardan) yaradıcılıqla bəhrələnmiş, dövrün ictimai-siyasi, sosial, ədəbi-mədəni problemləri nağıl-təhkiyə üslubunda oxuculara çatdırılmışdır.
Keywords : Azərbaycan ədəbiyyatı, Türk ədəbiyyatı, Molla Nəsrəddin jurnalı, folklor, nağıl

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026