IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • AKRA Kültür Sanat ve Edebiyat Dergisi
  • Volume:11 Issue:29
  • Xanimana Əlibəylinin Dramlarinda Millî Ruhu Əhtiva Edən Poetik Nümunələr

Xanimana Əlibəylinin Dramlarinda Millî Ruhu Əhtiva Edən Poetik Nümunələr

Authors : İlhama AGAZADE
Pages : 197-212
Doi:10.31126/akrajournal.1124429
View : 53 | Download : 12
Publication Date : 2023-01-25
Article Type : Research Paper
Abstract :Həyatı, ətraf aləmi, dövrü, zamanı dramturgiyada əks etdirmə digər janrlara nisbətən daha çətin və mürəkkəbdir. XX əsrin ortalarında Azərbaycan uşaq dramaturgiyasını və teatrını öz pyesləri ilə zənginləşdirən sənətkarlardan biri Xanımana Əlibəyli olmuşdur. Uşaq dramaturgiyasının dəyərli nümunələri sırasında olan bu pyeslər yеni nəslin tərbiyəsində əhəmiyyətli rоl оynаmışdır. Xanımana Əlibəylinin yaradıcılığı humanist ideyaları təbliğ edən fikirləri ilə seçilir. Şairə elə mövzular seçib ki, dövrdən asılı olmayaraq, əsərləri hər zaman müasir səslənir, aktuallığı ilə diqqət çəkir. Onun pyeslərinin əksəriyyəti alleqorik səpkidə qələmə alınıb, fikirlərini rəmzi adlar, eyhamlar vasitəsilə çatdırır. Tədqiqaçılar 1960-90-cı illər ədəbiyyatını səciyyələndirərkən bu dövrdə daha çox tarixi yaddaşın bərpası, milli-mənəvi dəyərlərə və kökə söykənən məqamların qabarıq nəzərə çarpasından bəhs açmışlar. Xanımana Əlibəylinin də dram əsərləri zamanın tələbini ehtiva etmə gücünə malik olmuşdur. Qarabağ problemi şairəni də olduqca narahat edirdi. Xanımana Əlibəyli çox böyük məharətlə bu hadisəni xatırlatmaqla uşаqlаrın təfəkkür tərzinin, mənəvi-əхlаqi tərbiyəsinin inkişаfınа, onlarda vətənpərvərlik duyğularının fоrmаlаşmаsınа çalışmışdır. Xanımananın dram yaradıcılığında folklordan istifadə geniş şəkildə özünü göstərir. Nağıllardan bəhrələnən sənətkar daha çox romantik ruhlu pyeslər yaratmağa üstünlük vermişdir. Onun pyesləri uşaq dramaturgiyasını yeni-yeni ideyalarla, obrazlarla zənginləşdirmiş, xüsusən də nаğıl mоtivləri əsаsındа qələmə аlınmış pyеsləri öz ətrаfınа çохsaylı охucu və tаmаşаçı yığа bilmişdir.
Keywords : poetik, dram, uşaq, səhnə, milli ruh

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026