Journal article

Naxcıvan Muxtar Respublikasında Dövlət Gənclik Siyasətinin Əsasları

Abstract

Naxçıvan Muxtar Respublikası ölkəmizdə həyata keçirilən milli təhsil siyasətinin uğurlu davamını təmin etməkdədir. Əsasları ümummilli lider böyük Heydər Əliyev tərəfindən qoyulan bu fəaliyyət dövlətin sosial siyasətinin ən mühüm ünsürüdür. Gənclərin savadlanması, elmi bilik və təcrübələrinin artması müasir dünya elminə inteqrasiya olunması sahəsində qətiyyətli addımların ifadəsi və təsdiqidir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın sosiallaşmasının ən mühüm göstəricilərindən biri kimi gənclərə dövlət qayğısının gücləndirilməsi və bu istiqamətdə dövlət siyasətinin müəyyənləşdirilməsindən ibarətdir. Qeyd edək ki, muxtar respublikada dövlət gənclər siyasətinin əsasları güclü iradə əsasında müəyyən edilmişdir. Aydındır ki, muxtar respublikada gənclərin müasir təhsil imkanlarından yararlanmaq və dünyagörüşünün artırılması sahəsindəki fəaliyyətin təşkili sahəsində aşağıdakı hüquqi və sosial əhəmiyyəti yüksək olan tənzimləmələr həyata keçirilmişdir.  

Keywords

Dövlət Gənclər siyasətimüasir təhsil sistemisosial siyasətbilik və təcrübədünya elminə inteqrasiya və s

48 views · 15 downloads