Journal article

Naxçivanda İslam Mədəniyyəti və Gənclərdə Tolerantliğin Inkişaf Etdirilməsi

Abstract

Naxçıvan İslam dininin yayımlanmasında gədim zamanlarda mühüm rol oynayıb, bunu müxtəlif dini abidələrində təsvir olunmuş sübutlardan görmək mümkündür. İslam dininin maddi və  qeyri-maddi irsinin formalaşması ilə bağlı müxtəlif tədqiqatlar aparılır və müəyəyn olunur ki, Naxçıvan  eyni zamanda, tolerant mühiti ilə əhatə olunan, müsəlman ölkələri ilə sıx əlaqədə olan, multikulturalizm sahəsində dərin təcrübəsi olan bir diyardır. Hec təsadüfi deyil ki, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verən Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapıb. Bu baxımdan, sağlam və tolerant gənc nəsil yetişdirilməsi aktual bir problemə çevirilir. Məqalədə Naxçıvan gənclərinin inkişafı təhlil olunur, həmçinin İslam həmrəyliyi ideyasının muxtar respublikasında həyata keçirilməsi sahəsində görülən işlərdən bəhs edilir.

Keywords

islahatlarNaxçıvan şəhəriislam mədəniyyəti paytaxtısosial iqtisadi inkişaf

53 views · 12 downloads