- Türk Dünyası Dil ve Edebiyat Dergisi
- Sayı: 60
- Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər
Azərbaycan Dilinin Şivələri və Özbək Dilində Ortaq Xüsusiyyətlər
Authors : Sevinc Qemberova
Pages : 119-144
Doi:10.24155/tdk.2025.257
View : 294 | Download : 517
Publication Date : 2025-10-30
Article Type : Research Paper
Abstract :Azərbaycan dili türk dilləri ailəsinə daxil olan ən qədim dillərdən biridir. Ta eramızdan əvvəl başlayaraq əsrlər boyu uzun inkişaf yolu keçərək cilalanan anatürkcənin budaqlanmasından yaranan Azərbaycan dili orfoqrafik və orfoepik qaydalar sisteminə, fonetik, leksik və qrammatik normalara, fərdi və funksional üslublara malik olan müstəqil bir dildir. Azərbaycan dilinin dialekt sistemi mövcuddur ki, bura onun ləhcələri (şimal-şərq, qərb , cənub və qarışıq tipli şimal-qərb) və onları formalaşdıran şivələri daxildir. Hər ləhcənin həm Azərbaycan ədəbi dili ilə ortaq olan, həm də özünəxas leksikası və fonetik, qrammatik xüsusiyyətləri vardır. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra şivələrin digər qohum türk dilləri və onların dialektləri ilə müqayisəyə cəlb olunması istiqamətində tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Məqalədə Azərbaycan dili şivələri ilə özbək dili fonetik və leksik səviyyədə müqayisəyə cəlb olunmuş və ortaq xüsusiyyətlər aşkara çıxarılmışdır. Azərbaycan dilinin ləhcələrində müşahidə olunan bir çox fonetik xüsusiyyətlər (a ̴ o, o ̴ u, c ̴ j, b ̴ m, d ̴ t, qalınlaşma hadisəsi, ŋ işlənməsi və s.) özbək ədəbi dilində izlənilir. Məlumdur ki, türk dillərinin lüğət tərkibinin əsasını qədim türk leksik qatı təşkil edir. Lakin elə sözlər vardır ki, ədəbi dildə işləkliyini itirmiş, şivələrdə qorunub saxlanılmışdır. Bu kimi sözlərin bir qismi özbək dilinin leksikası ilə ortaqlıq təşkil edir: ağırramax, bayramnıx, ini, mayıf, cəviz, çamır, davar, dağarcıx, irağ, ixdiyar və s. Həmin vahidlər ortaya çıxarılmış və nümunələr əsasında təqdim edilmişdir. Bu sözlərin bir qismi həm məna, həm forma baxımından eyni, bəziləri müəyyən fonetik fərqlər, bəziləri ilə fonetik quruluşuna görə eyni, ifadə etdiyi mənaya görə fərqlidir.Keywords : Azərbaycan dilinin şivələri, Özbək dili, ortaq xüsusiyyət, fonetik, leksik
ORIGINAL ARTICLE URL
