IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:8 Issue:1
  • Hindistanlı alimin “Azərbaycan və Ermənistan arasında münaqişəyə yenidən baxış” adlı məqaləsində Dağ...

Hindistanlı alimin “Azərbaycan və Ermənistan arasında münaqişəyə yenidən baxış” adlı məqaləsində Dağlıq Qarabağ münaqişəsinin analizinə dair

Authors : İrade MƏMMƏDOVA, Elnur NƏCİYEV
Pages : 412-425
View : 100 | Download : 20
Publication Date : 2021-03-30
Article Type : Research Paper
Abstract :Məqalədə Hindistanın Aliqarx Müsəlman Universitetinin incəsənət və sosial elmlər fakültəsinin siyasi elmlər kafedrasının professoru Arşi Xanın 2020-ci ildə “The İndian Journal of Politics” jurnalının 54-cü cildinin 1-2-ci nömrələrində dərc edilən “Azərbaycan və Ermənistan arasında münaqişəyə yenidən baxış” adlı məqaləsi təhlil edilmişdir. Təhlil edilən məqalədə Dağlıq Qarabağ münaqişəsinə ölkə hüdudlarından kənardan necə münasibət göstərilməsinə, bu münasibətin obyektiv və subyektiv cəhətlərinə, məqalə müəllifinin diqqətindən qaçan nöqsanlar və həmin yanlışlıqların mənbələr əsasında bərpasına da diqqət yetirilmişdir. Məqalənin ən maraqlı cəhəti hindistanlı alim Arşi Xanın məqaləsində tədqiq edilən 4 əsas istiqamətin hər birinin ayrı-ayrılıqda araşdırılaraq münasibət bildirilməsidir. Tədqiq edilən məqalədə müəllifin Dağlıq Qarabağ münaqişəsini nə dərəcədə obyektiv və incəliklə araşdırmasını önə sürülən istiqamətlərdən də aydın görmək olur. “Azərbaycanlıların Qafqazın yerli türk əhalisi, ermənilərin isə Qafqaza gəlmə olması”, “Azərbaycan Suverenliyinə təhdidlər”, “1918-ci il soyqırımı”, “Erməni təşviqatı, Sorğu hesabatı və Xocalı soyqırımı” və “Dağlıq Qarabağ barədə faktlar” kimi məqalənin əsas istiqamətləri Azərbaycan həqiqətlərinin düzgün istiqamətdə araşdırılması və təbliği baxımdan son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Keywords : Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan, münaqişə, Azərbaycan, Dağlıq Qarabağ, Ermənistan, münaqişə

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026