IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:10 Issue:1
  • 1920-1922-ci İllərdə Azərbaycan SSR-nin Xarici Ölkələrlə İqtisadi Əlaqələrində Konsessiyanın Rolu...

1920-1922-ci İllərdə Azərbaycan SSR-nin Xarici Ölkələrlə İqtisadi Əlaqələrində Konsessiyanın Rolu

Authors : Oksana ABBASOVA
Pages : 394-409
View : 56 | Download : 11
Publication Date : 2023-03-25
Article Type : Research Paper
Abstract :Azərbaycan Respublikasının XX əsrin 20-ci illərin əvvəllərində xarici ölkələrlə iqtisadi əlaqələrinin inkişafında konsessiya mühüm rol oynayırdı. Respublikanın müxtəlif təsərrüfat sahələri, xüsusilə neft sahələri xarici şirkətlərə icarəyə verilirdi. Konsessiya xarici ölkələrə külli miqdarda qazanc bəxş edirdi, belə ki, xarici şirkətlər əldə edilən qazancdan dövlətə vergi verir və təsərrüfat sahələrini bərpa edirdilər. Aprel işğalından sonra, sənayenin müxtəlif sahələrində olduğu kimi, neft sənayesi də tənəzzül mərhələsində idi. Dünya müharibəsindən sonra iqtisadi tənəzzül, vəsait çatışmazlığı kimi qlobal problemlərin baş verdiyi bir dövrdə, Sovet Rusiyasının gücü ilə neftin yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdı. Azərbaycan neftinin taleyi əsasən \`Mərkəzi hakimiyyətin\` əlində idi. Sovet Rusiyasının Azərbaycanın xarici ölkələrlə ticarət etməsinə müdaxiləsi güclü idi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xarici ölkələrlə ticari-iqtisadi münasibət saxlaya bilmiş və müəyyən nailiyyətlər qazanmışdı. Məqalədə, həmçinin həmin dövrdə Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrinin yaranması və inkişafında xüsusi rol oynamış konsessiyaların fəaliyyətini elmi cəhətdən araşdırılması öz əksini tapmışdır.
Keywords : Konsessiya, yeni iqtisadi siyasət, Genuya konfransı, Bakı nefti, Sovet hökuməti

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026