IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:10 Issue:4
  • Terminlərin Tərcümə Metodları

Terminlərin Tərcümə Metodları

Authors : Fəxrəddin Eylazov, Ceyhun Əliyev
Pages : 1275-1282
View : 203 | Download : 164
Publication Date : 2023-09-26
Article Type : Review Paper
Abstract :Bütün elm sahələrində vacib elmi-tədqiqat işlərindən biri terminlərin nizama salınmasıdır. Nizamasalma prosesində anlayışlar təhlil olunur, sistemləşdirilir və normalaşdırılır. Terminin daxil olduğu sahənin daxili bölgüsü geniş olduqda terminlər bu sahədə funksional ixtisaslaşmış anlayışları ifadə edir. Bu halda yaxın anlayışların müxtəlif terminlərlə adlandırılması tələb olunur. Yaxın anlayışları bildirən terminlərin qarışdırılması, onlardan birinin digərinin əvəzinə istifadə edilməsi baş verir. Terminləri dəqiq istifadə etmək məqsədilə ümumi mənanın funksional ixtisaslaşmasını öyrənmək yaxın terminlərin sinonim sırasını qurmaq və onların real tətbiq sahəsini (peşə uzusu) tapmaq lazım gəlir. Terminin real funksionallıq sferası sahəyə aid mənbələr əsasında müəyyənləşdirilir. Terminoloji sistemdə dubletlər alınma terminlərin iştirakı ilə formalaşır. Fasiləsiz təhsil sistemində semantik baxımdan yaxın anlayışları bildirən terminlərə çox təsadüf edilir. Belə terminlərin bir qismi ümumi mənanın sahədaxili funksional ixtisaslaşması üzrə fərqlənir. Terminlər elmi-texniki tərəqqi prosesində yaranır. Bu tərəqqi ilə bağlı dilin lüğət fondundakı terminlərin sayı müntəzəm artır. Anlayış bildirən hər hansı bir söz elm sahəsində predmetin, hadisənin, gerçəkliyin elmi təsəvvüründən keçərək xüsusiləşməsi yolu ilə terminləşir. Yeni termin təkcə bu və ya digər elm sahəsinin xüsusi leksik vahidi deyil, həm də sahənin əsaslarını, cəmiyyətin sosial-ictimai fəaliyyətini dildə əks etdirən leksik qatıdır. Terminlərinin öyrənilməsində struktur-semantik təhlillə yanaşı əksər hallarda müqayisəli metoddan da istifadə edilir. Müxtəlifsistemli dillərin leksik sistemi və məna strukturları arasında olan fərqləri araşdırmaq üçün müxtəlif metodlara ehtiyac yaranır.
Keywords : Dil, Söz Xəzinəsi, Beynəlmiləlçilik, Terminlər, Termin Yaradıcılığı

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026