IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Volume:10 Issue:2 Special Issue
  • 44 günlük II Qarabağ-Vətən müharibəsində Türkiyə

44 günlük II Qarabağ-Vətən müharibəsində Türkiyə

Authors : Mais Emrahov
Pages : 492-515
View : 367 | Download : 812
Publication Date : 2024-01-12
Article Type : Research Paper
Abstract :Məqalədə Azərbaycan-Türkiyə əlaqələrinin tarixinə toxunularaq Azərbaycan müstəqil-liyini bərpa etdikdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfərləri, iki qardaş ölkə arasında yaranmış hərbi, siyasi, diplomatik və iqtisadi mü¬na¬si¬bət¬lər faktlarla göstərilmişdir. Qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 10-da başa çatan 44 günlük II Qarabağ - Vətən müharibəsində qələbənin qazanılmasında qardaş Türkiyənin böyük və əvəzolunmaz xidməti vardır. Ermənistanın Azərbaycan Respublikası ərazilərinə yeni hücu¬mu bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bildirən Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində türk millətinin hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaş¬larının yanında olduğunu qeyd etdi. Materialda 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ-Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Türkiyə Cümhuriyyərinin aparıcı televiziya kanalları və müxbirlərinə müsahibələrinin məzmunu açıqlanmış, Anadolu, İHA, DHA agentlikləri, TRT HABER, TÜRK HABER, A HABER, NTV və s. teleka¬nallarının, o cümlədən ölkənin aparıcı qəzetləri və xəbər portallarının Ermənistan silahlı qüvvələrinin sen¬tyabrın 27-dən başlayaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar və hərbi qarşıdurma, cəbhə bölgəsindəki vəziyyət barədə türkdilli tamaşaçıları və oxucuları məlumatlandırdığı, 2020-ci il dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möh¬təşəm Qələbəsinə həsr olunmuş “Zəfər Paradı”nda ölkələrimiz arasındakı qardaşlığın rəmzinin bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlərinin də iştirakı qeyd edilmişdir.
Keywords : Türkiyə Azərbaycan əlaqələri, Azərbaycan Ermənistan münaqişəsi, II Qarabağ müharibəsi, Türkiyə Cümhuriyyətinin dəstəyi, Şuşa Bəyannaməsi

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026