IAD Index of Academic Documents
  • Home Page
  • About
    • About Izmir Academy Association
    • About IAD Index
    • IAD Team
    • IAD Logos and Links
    • Policies
    • Contact
  • Submit A Journal
  • Submit A Conference
  • Submit Paper/Book
    • Submit a Preprint
    • Submit a Book
  • Contact
  • Akademik Tarih ve Düşünce Dergisi
  • Cilt: 11 Sayı: 6
  • Arxiv Fəaliyyəti Sahəsində Metodların və Standartların Beynəlxalq Unifikasiyası

Arxiv Fəaliyyəti Sahəsində Metodların və Standartların Beynəlxalq Unifikasiyası

Authors : əliyusif Məmmədov
Pages : 4596-4609
View : 59 | Download : 60
Publication Date : 2025-02-07
Article Type : Review Paper
Abstract :Müasir dövr insan fəaliyyətinin bütün sahələrində yenilənmə, inkişaf, mükəmməlləşmə və rasionallaşma ilə müşayiət olunur. Bu baxımdan arxiv fəaliyyəti də istisna deyildir. Daha geniş sistem olan sənəd-kommunikasiyalar sisteminin tərkibində bir alt sistem olmaqla arxiv fəaliyyəti Arxiv sahəsində beynəlxalq əlaqələrin əsas elementlərindən biri müxtəlif ölkələr və təşkilatlar arasında qlobal əməkdaşlıqdır.Bu əməkdaşlıq arxiv işçilərinə ən yaxşı təcrübələri, standartları və texnologiyaları inkişaf etdirməyə və tətbiq etməyə yardım edir ki, bu da öz növbəsində arxivlərin fəaliyyətinin keyfiyyətini artırır. Arxiv fəaliyyətində beynəlxalq əlaqələrinin ən mühüm istiqamətlərindən biri arxiv fəaliyyətinin, onun metod və texnologiyalarının unifikasiyasıdır. Bu işin həyata keçirilməsi üçün ilk növbədə beynəlxalq sahə standartları, digər normativ sənədləri yaradılmalıdır və ölkələr bunu unifikasiya etməlidir. Sahə standartların və texnologiyaların unifikasiyasının beynəlxalq əlaqələr aspekti arxiv fəaliyyətində standartların və texnologiyaların unifikasiyasına yardım edir. Bu, müxtəlif ölkələrin arxivləri arasında uyğunluğu və informasiya mübadiləsini təmin etmək üçün vacibdir. Arxiv sənədlərinin və rəqəmsal formatların təsviri qaydaları kimi vahid standartlar arxiv işçilərinə daha səmərəli işləməyə imkan verir və arxiv materiallarının daha geniş auditoriya üçün əlçatan olmasını təmin edir. Məqalədə müasir arxiv fəaliyyətinin unifikasiya məsələsi ətraflı nəzərdən keçirilir və ümumiləşdirilir. Sonda istifadə edilmiş ədəbiyyatın siyahısı verilir.
Keywords : arxiv, unifikasiya, beynəlxalq əlaqələr, standartlaşdırma, qarşılıqlı əməkdaşlıq, təkmilləşmə

ORIGINAL ARTICLE URL

* There may have been changes in the journal, article,conference, book, preprint etc. informations. Therefore, it would be appropriate to follow the information on the official page of the source. The information here is shared for informational purposes. IAD is not responsible for incorrect or missing information.


Index of Academic Documents
İzmir Academy Association
CopyRight © 2023-2026